Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHDAN QEYRİSİNƏ AND İÇMƏK

Bureydə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) belə buyurur: “Əmanətə and içən bizdən deyil”. (Əbu Davud 3/223 Bax; “Səhihul Cami” 5/282)

Ömər (Allah ondan razı olsun!) peyğəmbərin (s) ona belə dediyini rəvayət edir: “Həqiqətən, Allah sizə atalarınıza and içməyi qadağan etmişdir”. (Buxari 7/221 Müslim 3/1266 Bax; “əl-Lulu val Mərcan” 2/170)
İbn Ömər rəvayət edir ki, Ömər bin əl-Xəttab süvarilər içərisində olarkən atasının canına and içir. Rəsulullah (s) bu halı görür və onları çağıraraq deyir: “Məgər Allah sizə atalarınızın canına and içməyi qadağan etmədimi? And içmək istəyən ya Allaha and içsin, ya da sussun!” (Buxari 7/98 Müslim 3/1267 Bax; “əl-Lulu val Mərcan” 2/172)
İBn Ömər (Allah ondan və atasından razı olsun!) bir kişinin “Kəbəyə and olsun ki, yox!” deməsini eşidir. Ona belə deyir: “Allahdan başqasına and içmə! Mən Allahın rəsulunun belə dediyini eşitmişəm: “Kim Allahdan başqasına and içsə, küfr və ya şirk etmiş olar”. (Tirmizi və başqaları Bax; “Səhih ət-Tirmizi” 2/99)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan digər bir hədisdə peyğəmbər (s) buyurur: “Kim and içərkən “Lat və Uzzaya and olsun!” deyə and içərsə, “lə iləhə illallah” desin! Və kim öz dostuna “gəl qumar oynayaq” desə, sədəqə versin!” (Buxari 6/51 Müslim 3/1267 Bax; “əl-Lulu val Mərcan” 2/170)


Tarix: 15.04.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...