Sual: Öz həyat yoldaşı (əri) üçün özünü gözəlləşdirmək məqsədilə qadın parik (süni saç) taxa bilər?
Cavab: Hər bir (ər və arvad) bir-biri üçün digərinin xoşuna gələn qaydada və hər ikisi arasında hissiyyatları gücləndirmək üçün özlərini gözəlləşdirməlidir. Bununla belə, bütün bunlar Şəriətimizin təyin etdiyi çərçivədə və qadağana yol verməmək şərtilə olmalıdır. Parik qeyri-müsəlman qadınlar arasında başlamış və onların arasında özlərini gözəlləşdirmək üçün məşhurlaşmışdır. Müsəlman bir qadın bunu taxarsa və özünü bununla gözəlləşdirərsə-hətta öz əri üçün olsa belə o kafir qadınlara bənzəmiş olacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan etmişdir. O sallallahu aleyhi və səlləm demişdir: “Kim bir qövmə (millətə, xalqa) oxşayarsa, o onlardandır”. Bundan əlavə, bu məsələ “süni şəkildə saça saç əlavə etmə” hökmünə daxildir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu əməli qadağan etmiş və bu cür edəni lənətləmişdir.
Müvəffəq edən Allahdır. Allahın salamı və xeyir-duası peyğəmbərimizə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinə olsun.
Fətəvə əl-mər-ə
Tarix: 05.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar