Ölüm qaçınılmaz bir haldır. Lakin, qeyd etdiyimiz kimi, ölüm – insan varlığının sonu olmadığı üçün, ölüm anı müstəqil bir mərhələ kimi araşdırılmalıdır. Bu mövzunu sevimli Peyğəmbərimizin (s.ə.s.) bir hədisi ilə başlamaq istəyirik.
Allah Rəsulu (s) buyurmuşdur:
«Beş şeydən əvvəl beş şeyin qiymətini bil: ölümündən öncə hə¬ya¬tının; xəstəliyindən öncə səhhətinin; məşğuliyyətindən (iş-güc, baş qarışıqlığından) öncə boş vaxtının; yaşlılığından öncə gəncliyinin (gümrahlığının); kasıblığından öncə zənginliyinin»
((«Camiu-s-sağir» c.1, sh. 40.))
Ümumiyyətlə, ölüm faktı və anlayışı düzgün dəyərləndirilməlidir. Ölüm ümumi son demək deyil. Ölüm – tamamilə yox olmaq, məhv olmaq demək deyil. Digər tərəfdən Ölüm anı – nə bir faciə, nə də qəfildən nizamsız baş verən bir hadisə də deyil. Əksinə, o, planlaşdırılmış şəkildə hazırlanaraq təqdir edilmiş «Qədərlərdən» biridir və insan həyatında sonuncu Qədər olaraq «əcəl» adlanır. Ölüm - sadəcə insanın bir ölçülər aləmindən (sistemindən) digər ölçülər sisteminə keçid mərhələsi və köçməsidir.
Ölümün özündən qorxmaq lazım deyil. Bir halda ki, bu, qaçınılmaz bir haldırsa, onda ondan deyil, ondan sonra cərəyan edən hadisələrin pis ola biləcək aqibətindən qorxmaq lazımdır. Bu daha çox məntiqə uyğundur və reallığa doğru gözü açıq olmaqdır.
Ölüm anı heç bir hazırlıq tələb etmir, o an bizdən asılı deyil. Lakin ölümə səbəb olacaq halların gözəl olmasına çalışmaq lazımdır. Yəni, insan daima yaxşı əməl üzərində olmalıdır ki, günah əməl törətmək anında deyil, yaxşı bir iş, bir ibadət əsnasında vəfat etsin və öz barəsində xoş təəssurat saxlasın. Beləliklə, ölümə hazırlıq – sadəcə ölümdən sonrakı hadisələrə düzgün hazırlıq görmək, iman edilməsi lazım olan xəbərlərə iman etmək, tələb olunan əməllərə əməl etmək, qadağan edilmiş hərəkətlərdən çəkinməkdir. Və ən mühüm məsələ – müsəlman kimi, müsəlman olaraq vəfat etməkdir. Bu, ən xeyirli sonluqdur.
“Ey iman edənlər! Allahdan (O, ilah olduğu üçün) layiqincə qorxun və müsəlman olduqdan sonra başqa hal üzərində ölməyin.” (Ali-İmran: 102)
İslamın ikinci xəlifəsi Ömərdən (İslam tarixində ilk şəhid edilən xəlifədir.) (r.) edilən rəvayətə görə Rəsulullaha (s.ə.s.) sual verdikdə ki: «Hansı müsəlman daha ağıllı və zəkalıdır (fərasətlidir)?»,
Rəsulullah (s.ə.s.) belə buyurdu:
«Ağıllı olanlar – ölümü ən çox yad edənlər və ölümə gözəl hazırlananlardır!». (İbn Macə)
Ölüm hadisəsinə düzgün hazırlıq görmək lazımdır. Lakin, bu hazırlıq ondan ibarət deyil ki, hər hansı bir qəbirsanlıqda qabaqcadan yer alıb qəbir qazmaq və bir kəfən alıb daima özü ilə daşımaq. Bu cür əməllər İslam şəriətinə görə bəyənilmir. Düzgün hazırlanmaq – ölüm anından sonra cərəyan edən hadisələrə, yəni bərzah hadisələrinə düzgün hazırlanmaqdır, öldükdən sonra başlayan qəbir aləminin sorğu-sualına, qəbir həyatının mərhələlərinə əvvəlcədən hazırlaşmaqdır. Əzabmı, yoxsa mükafat mı indidən qazanmaqdır.
Tarix: 12.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar