Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir şərdən qorunma

- Səhər və axşamlar “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini üç dəfə oxumaq.

Abdullah ibn Hubeyb –dan rəvayət olunurki, bir dəfə peyğəmbər (s.a.v) ona dedi: “De: “O, Allah – Təkdir...” və iki muhafizə edən (əl-Fələq və ən-Nəs) surələrini üç dəfə səhərlər və axşamlar oxu, hər bir şərdən qorunmuş olarsan”.

(ət-Tirmizi, 3575; Abu Davud, 5082; ən-Nəsai, 5428. Hədisin səhih olduqunu imam Əbu İsa ət-Tirmizi, ən-Nəvavi, İbn Dəqiq əl-‘İd, ibn Həcər və əl-Albani təsdiq etmişlər.)

- Osman ibn Affan (r.a) dan rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir: “Hər səhər və axşam “Göylərdə və yerlərdə heç bir şeyin zərər gətirə bilməyəcəyi Allahın adı ilə, O eşidən (əs-Səmi) və biləndir (əl-‘Alim)” kəlmələrini üç dəfə təkrar edən Allahın quluna heçnə zərər gətirməz”.
بِسْمِ اللَّهِ الَّذِي لاَ يَضُرُّمَعَ اسْمِهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَالسَّمِيعُ الْعَلِيمُ
/Bismi-Lləhi lləzi lə yadurru mə‘əsmihi şey un fil-ardı ua lə fi-ssmə‘i ua huua Səmi‘ul-‘Alim/.
(ət-Tirmizi, 3388; əl-Buxari “Adab əl-Mufrad” əsərində, 660. Hədis səhihdir.)

- Haulə bint Hakim (r.a) rəvəyət edirki: “Mən peyğəmbər (s.a.v) –in belə dediyini eşitdim: “Hər hansı bir məkanda dayanıb və: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – deyən kimsəyə, həmin məkanı tərk etməyənə qədər, zərər toxunmaz”.
اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi tammati min şərri mə xələq/.
(Muslim, 2708.)


- Evə daxil olub və evdən çıxan zaman edilən namaz

Əbu Hureyra (r.a) rəvayət edirki, peyğəmbər (s.a.v) demişdir: “Evdən çıxdıqın zaman iki rəkət namaz qıl, bu səni çıxdıqdan sonra başına gələcək şərdən qoruyar. Evinə daxil olduqun zaman da iki rəkat namaz qıl, bu da səni evinə daxil olduqundan sonra başına gələcək şərdən qoruyar”.
(əl-Bazzar, 81; əd-Dəylami, 1/108. Hafiz ibn Həcər və şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişlər. Bax “əs-Silsilə əs-sahiha”, 1323 və “Səhih əl-cəmi”, 505.)

- Şəkkəl ibn Humeyd (r.a) dedi: “Günlərin bir günü mən peyğəmbər (s.a.v) dedim: “Ey Allahın rəsulu! Mənə bir dua öyrəd”. Peyğəmbər dedi: “De: “Allahım, həqiqətən mən eşitdiyimin şərindən, gördüyümün şərindən, dilimin şərindən, qəlbimin şərindən və mənimin (cinsiyyət üzvü) şərindən Sənə sığınıram”.
أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنْ شَرِّ سَمْعِي، وَمِنْ شَرِّ بَصَرِي، وَمِنْ شَرِّ لِسَانِي، وَمِنْ شَرِّ قَلْبِي، وَمِنْ شَرِّ مَنِيِّي
/Allahummə inni ə‘uzu bikə mi şarri səm‘i, ua min şarri basari, ua min şarri lisani, ua min şarri qəlbi ua min şarri məniyi/.
( ət-Tirmizi, 3934; Abu Davud, 1551; Əhməd, 3/439; əl-Hakim, 1/532. Hədis səhihdir.)

- Ukba (r.a) rəvayət edir ki, peyğəmbər (s.a.v) Allaha dua edərək deyərdi: “Allahım, pis gündən, pis gecədən, pis saatdan, pis yoldaşdan və yaşadığım yerin pis qonşusundan Sənə sığınıram”.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ يَوْمِ السُّوءِ، وَ مِنْ لَيْلَةِ السُّوءِ، وَ مِنْ سَاعَةِ السُّوءِ، وَ مِنْ صَاحِبِ السُّوءِ، وَ مِنْ جَارِ السُّوءِ فِي دَارِ الْمُقَامَةِ
/Allahumma inni a‘uzubikə min yaumi-ssu‘, ua min leyləti-ssu‘, ua min sa‘ati-ssu‘, ua min sahibi-ssu‘, ua min cəri-ssu‘ fi daril-muqamati/.
(At-Tabarani “əl-Kəbir” əsərində rəvayət etmişdir. Hədis həsəndir. Bax “Səhih əl-cəmi”, 1299.)

- Ənəs (r.a) rəvayət edir ki, peyğəmbər (s.a.v) Allaha dua edərək deyərdi: “Allahım, zəiflikdən, təmbəllikdən, qorxaxlıqdan, xəsislikdən, taqətsizlikdən, zalımlıqdan, huşsuzluqdan və kimdənsə asılı olmaqdan, sapmaqdan və ehtiyaclı olmaqdan Sənə sığınıram. (Həmçinin) yoxsulluqdan, küfrdən, fasiqlikdən, bədbəxtçilikdən, nifaqdan və riyadan Sənə sığınıram. (Həmçinin) karlıqdan, lallıqdan, dəlilikdən, cüzamdan, çürümədən və ən pis olan xəstəliklərdən Sənə sığınıram”.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ، وَالْكَسَلِ، وَالْجُبْنِ وَالْبُخْلِ، وَ الْهَرَمِ، وَالْقَسْوَةِ، وَ الْغَفْلَةِ، وَالْعَيْلَةِ، وَ الذِّ لَّةِ، وَالْمَسْكَنَةِ، وَأَعُوذُ بِكَ مِنَ الْفَقْرِ، وَالْكُفْرِ، وَالْفُسُوقِ، وَالشِّقَاقِ، وَالنِّفَاقِ، وَالسُّمْعَةِ، وَالرِّيَاءِ، وَأَعُوذُ بِكَ مِنَ الصَّمَمِ، وَالْبَكَمِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَالْبَرَصِ، وَسَيِّىءِ الأَسْقَامِ
/Allahumma inni ə‘uzubikə minəl-‘əcz, uəl kəsəl, uəl-cubn, uəl-buxl, uəl-qəs-ua, uəl-ğaflə, uəl-‘aylə, uaz-zillə, uəl-məskənə. Ua a‘uzubikə minəl-fəqr, uəl-kufr, ual-fusuq, uaş-şiqaq, uan-nifaq, uas-sum‘a, uar-riya‘. Ua a‘uzubikə minə-ssamam, ual-bakam, ual-cunun, ual-cuzam, ual-baras, ua saiy-il-əsqam/.
(əl-Hakim. Hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 1285.)

- İbn Abbas (r.a) rəvayət edir ki, peyğəmbər (s.a.v) tez-tez Allaha dua edərək deyərdi: “Allahım, pis qonşudan və vaxtından əvvəl saçlarıma dən salan zövcədən, mənə hökmranlıq edən övladdan, mənim üçün əziyyətə çevrilən mülkdən, gözləri ilə məni görüb, qəlbi ilə məni güdən, məndə yaxşı bir xüsusiyyət gördükdə onu gizlədib, pis xasiyyət gördükdə isə insanlar arasında yayan pis dostdan Sənə sığınıram”.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ جاَرِالسُّوءِ، وَ مِنْ زَوْجٍ تُشَيِّبُنِي قَبْلَ الْمَشِيبِ، وَمِنْ وَلَدٍ يَكُونُ عَلَيَّ رَبًّا، وَمِنْ مَالٍ يَكُونُ عَلَيَّ عَذَابًا، وَمِنْ خَلِيلٍ مَاكِرٍ عَيْنُهُ تَرَانِي، وَقَلْبُهُ يَرْعَانِي إِنْ رَأَى حَسَنَةً دَفَنَهَا، وَإِذَا رَأَى سَيِّئَةً أَذَاعَهَا
/Allahumma inni a‘uzubikə min cari ssu-i, ua min zaucin tuşayibuni qabləl-məşib, ua min ualədin yakunu ‘aləyə rabban, ua min malin yakunu ‘aləyə ‘azaban, ua min xalilin məkirin ‘aynuhu tarani ua qəlbuhu yar‘ani in tara həsənətən dəfənəhə ua izə ra-a sayiətən əzə‘əhə/.
(At-Tabarani “ad-Du‘a” 3/1425 əsərində rəvayət etmişdir. Hədis səhihdir. Bax “əs-Silsilə əs-səhihə”, 3137. )


Tarix: 11.04.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Maraqlı melumatlar
loading...