Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha İbadət

Hansı yollarla əldə edilməsinə baxmayaraq nemətləri Allah verir. O, ibadətə layiq, qullarını yaradan onları tərbiyə edən, gündəlik yaşamlarını tənzim edən və dünya və axirətdə tək hakimidir. O, nöqsanlardan və eyiblərdən təmiz olan ən mükəmməl sifətlərə malikdir. O, hər şeydə tək və ən alidir. Qullarını tək yaratmış, onların yaşamını, ruzulərini və işlərindəki fəaliyyətlərini nizama salır. Bu işdə ona ortaq olan yoxdur. O, yenilməz güc və qüvvət sahibidir. Allah sübhənahu və taala buyurur ki, “Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir”. (əz-Zumər, 62) “Şübhəsiz, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Odur”. (əz-Zariyat, 58)

Başqa bir ayədə Uca Allah buyurur: “Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yerinə qoyan Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz? Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir!” (Yunus, 3-4) O, verdiyi bol-bol nemətlər və yaxşılıqlar müqabilində, eyni zamanda yaradan, ruzi verən, işləri səhmana salan olduğuna və kamil ad və sifətlərə sahibliyinə görə ibadətə layiqdir. O, bütün qullar tərəfindən ibadət və təzim edilməyə layiqdir. İbadət zəlillik və itaətdir. Din ibadət adlanır. Çünki, qul onu Allaha tabe olmaq, itaət etmək və qarşısında əyilməklə yerinə yetirir. Buna görə də Islama ibadət də deyilir. Qul isə Allahın qanunları qarşısında əyilən bir məxluqdur. Hər dəfə Allahı tanımaqda və imanını artdıqda, ibadəti də çoxalır, kamilləşir.
Ona görə də peyğəmbərlər ibadətə görə insanların ən kamilləri olmuşlar. Çünki, onlar Allahı daha mükəmməl tanıyır, Onu təzim edirdilər və mükəmməl imana sahib idilər. Onlara Allahın salavatı və salamı olsun!
Allah taala peyğəmbəri Məhəmmədi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ibadətdə ən yüksək dərəcəyə qaldırmışdı: “Bəndəsini bir gecə Məscidülhəramdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya aparan Allah pak və müqəddəsdir”. (əl-İsra, 1) Allah taala buyurur: “Həmd olsun O Allaha ki, Kitabı heç bir əyriliyə yol vermədən Öz bəndəsinə nazil etdi”. (əl-Kəhf, 1) Digər bir ayədə isə belə buyurur: “Allahın bəndəsi Ona ibadət etmək üçün qalxdıqda az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər”. (əl-Cinn, 19) İbadətin özü çox böyük və şərəfli mövqedir. Allah taala öz dərgahından peyğəmbərlərin fəzilət bəxş etdi. Bu fəzilət iki şeyə şamil olunurdu. Bunlar, peyğəmbərlik və xüsusi ibadət idi ki, Allah taala onlara məxsusi olaraq əta etmişdi. Onlar insanların ən kamil ibadət edənləri və ən çox Allahdan qorxanları elçilər idilər. Hamısına Allahın salavatı və salamı olsun! Daha sonra siddiqlər idilər ki, onlar da Allahın peyğəmbərlərin bütün xəbərlərini kamil formada təsdiq etmiş, Allahın əmrinə tabe olmuş və peyğəmbərlərdən sonra insanların ən xeyirlilərinə çevrilmişlər. Siddiqlərin başında Əbu Bəkr (Allah ondan razı olsun!) dayanır. O, siddiqlərin başçısı və ən kamil imanlısı, ən fəzilətlisi və təqvalısıdır. O, Allah üçün xeyir əməllər edənlərin ən öndə gedəni və Allahın əmrlərinə tabe olanların ən gözəli idi. O, rəsulullahın (s.a.v.) mağara dostu və bacardığı hər şeydə onun yardımçısı idi.
Ibadət və peyğəmbərlik mövqelərin ən şərəflisidir. Insanların iman, saleh əməl və təqva baxımından ən kamili Allahı daha mükəmməl tanıdıqlarına, Ona daha çox ibadət etdiklərinə və Onun şanını uca tutduqlarına görə peyğəmbərlərdir. Onların hamısına Allahın salavatı və salamı olsun! Sonra şərəfə növbə ilə siddiqlər, şəhidlər və saleh insanlar nail olurlar. Allah taala buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisə, 69) Allah taalanı ibadətdə təkləşdirməklə yanaşı Onun elçilərini təsdiq etmək də lazımdır. Allah taala elçisi olan Məhəmmədi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) peyğəmbər olaraq göndərdikdə, o (s.a.v.) ilk olaraq tək Allaha ibadətə və özünün Onun rəsulu olduğuna iman gətirməyə çağırdı. Deməli, Allaha xalis tövhidlə yanaşı, Onun peyğəmbərlərini təsdiq etmək zəruridir. Allaha şərik qoşmadan yalnız Ona ibadət edən kəs peyğəmbərlərə iman etməsə, kafir hesab olunur. Və yaxud onları təsdiq edib ancaq Allahın tövhidə riayət etməyən şəxs də kafirdir. Allaha tövhid və peyğəmbərləri təsdiq imanın ayrılmaz hissələridir. Peyğəmbərlərdəki fərq yalnız onların şəriətləridir. Ancaq Allahın tövhidi, şirkin tərk edilməsi və peyğəmbərlərin təsdiqi peyğəmbərlər arasında ayrılığa səbəb olmayan məsələdir. Allahın tövhidi, Onu ibadətdə təkləşdirmək və peyğəmbərlərin gətirdiklərinə iman etmədən nə təslimiyyat, nə din, nə hidayət yolu, nə də nicat var. Allahn seçkin qulları olan peyğəmbərlərə salat və salam olsun!


Tarix: 17.04.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Maraqlı melumatlar
loading...