Xoşlanaraq və razılıqla qeybət edəni dinləyən özü qeybət etmiş kimidir. Çünki, bu hərəkət qeybət edəni həvəsləndirir və cəsarətləndirir, bununla da, onun dediklərini təsdiq etmiş olur. Deməli, qazanılmış günahda onunla ortaqdır.
Imam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: «Müsəlman kəs qeybət edildiyini gördükdə onu bu işdən çəkindirməli, əgər o bu işdən əl çəkməzsə özü oradan getməlidir. Hətta qeybətçini məsuliyyətə cəlb etmək üçün məsələ qaldıra bilər» (Əl-Əsqar, səh.294).
MÜSƏLMAN QARDAŞININ QEYBƏTININ EDILDIYINI DUYAN KIMSƏNIN EDƏCƏYI HƏRƏKƏT
Allah Rəsulu (s.ə.v) «Kim bir qardaşının şərəfini hədəfə alan qeybətçiyə mane olub onu susdurarsa, onu Cəhənnəmdən qurtarmaq, Allah üzərinə bir haqq olur» demişdir. (Səhihdir, Imam Əhməd: «Səhihul-Cami», səh. 624).
INSAN NƏ ÜÇÜN QEYBƏT EDIR
Insan öz nəfsinə uyub pis duyğuların çoxaldığı zaman qəlbindəki qəzəbə və qeybət etmə xüsusiyyətinə sarılaraq insanların dedi-qodusunu edər və onlara iftira yaxar. Başqalarına kin bəsləmək səbəbi ilə kim olur-olsun, özünə təskinlik vermək üçün, o, adamın qeybətini edər. Bu heç də müsəlmana yaraşan sifət deyil.
Paxıl və qeybətçi kimsə hər hansı insanın tərifləndiyi və sevildiyini gördükdə, onun paxıllıq duyğuları qabarır və o kimsənin gözəl xüsusiyyətlərini məhv etmək üçün öz silahını (dilini) işə salıb qeybət edir.
Laqqırtı və boşboğaz insanlar bir-bir ilə rastlaşdıqda özlərini göstərmək, laqqırtı və yaltaqlıq etmək üçün başqalarının qeybətini edərlər.
Tarix: 18.04.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar