Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (QƏFLƏT ÖLÜM)

Fəzilət sahiblərindən biri demişdir: «Mənim bir dostum (adını çəkməyə lüzum yoxdur) özünü şəhvətlərə qurban, ləzzətlərə əsir etmişdir. Ölüm və haqq-hesabı unutmuşdur. Allah-Təala mənə onu itaət və Allahın buyurduqlarına tabeçilik yoluna çağırmağı əmr etdikdə dostuma görə çox qorxdum. Ona nəsihət verdim, haqq yoluna çağırdım. O, gəncliyinə görə yalnız üzr diləməli, ümidini Allaha bağlamalı idi.

Bir gün gözlənilməz ölüm onu haqladı, torpağa dəfn edildi. Öz pisliklərinin qurbanı oldu. Dünyanın ləzzətləri, var dövləti onu tərk etdi. Ona qalan yalnız boynuna düşən ağır yük oldu. Böyük Qüdrət Sahibi ilə görüşə öz fitnə və fəsadları ilə getdi. Qoy Allah məni və səni bağışlasın, bizi bu gəncin taleyindən, onun son anından xilas etsin.
Ey Allahın bəndəsi! Allahdan qorx, sən də o adam kimi ölmə! Sən bilirsən ki, bu dünyadan mütləq köçürlər. Axirət isə köçənləri qəbul edir. Ölüm saatını, köçmə saatını yada sal. Bu son anı sən pisliklərlə, xeyir-əməldən məhrumiyyətlə keçirtmə məlisən! O anda istədiklərin əməlləri bu gün görməyə başla, istəmədiklərindən isə uzaqlaş.
«Biz ölüm dünyanı tərk edirik. Ölüm hər bir canlı üçün rahatlıqdır. Lakin biz ölüb, dirilirik. On¬dan sonra bizdən hər şeyi soruşacaqlar». (Qiyamətin dəhşətləri, səh. 4-5).


Tarix: 17.04.2013 / 16:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...