Abdullah bin Məs`ud buyurur ki, Allah rəsulundan (sav) ən fəziləti əməl hansıdır deyə soruşulduğunda ,
Allah rəsulu( sav) : vaxtında qılınan namazdır demişdir.(Buxari,2782, Müslim 85)
Ey Müsəlman Qardaşım!
Allah dərgahında ən xeyirli olan əməli necə tərk edir və ona önəm vermirsən?
Sənin düçar olduğun bu ziyanı kim və necə aradan qaldıra bilər?
Əgər sən ən böyük savabı qazanmaq üçün edilən bu əməli etsən nə itirəcəksənki?
Namaz qılmağın ən xeyirli və fəzilətli əməl olduğunu bilmək üçün aşağıdakı ayət və hədisləri diqqətlə oxu:
*Namaz qılmaq İslamda olmağın əlamətidir
Uca Allah buyurmuşdur:
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik! (Tövbə 11)
Allah rəsulu(sav) əshabələrindən Muaz bin Cəbəli ( r.a) Yəmənə vali göndərdiyində ona belə demişdir:
Sən, kitab əhli olan bir qövmə gedirsən.Onları ilk dəvət etdiyin şey Allaha ibadət olsun.Əgər onlar Allaha ibadət etməyi qəbul etsələr,(yəni Əşhədu Ən lə İləhə İlləllah va əşhədu ənnə muhammədən rəsulullah) onlara , Allahın gündə beş dəfə namaz qılmağı əmr etdiiyni xəbər ver.
(Buxari və Müslim)
Əbu Səid əl –Xudri bildirmişdir ki,Allah rəsu(sav) qənimət mallarını payladıqdan sonra bir nəfər ayağa qalxdı və :Ey Allahın rəsulu! Allahdan qorx ! dedi.Bunun üzərinə Allah rəsulu(sav) :Yazlğlar olsun sənə!Bu yer üzündə Allahdan ən çox qorxan mən deyiləmmi? dediyində,Xalid bin Valid (r.a) :Ey Allahın rəsulu! Bunun boyununu vurummu?
Allah rəsulu (sav) :xeyir , bəlkə o namaz qılanlardandır .
Başqa bir hədisdə Allah rəsulu(sav) buyurmuşdur: İslam beş əsas üzərində qurulmuşdur.Bunlar şəhadət kəliməsini demək,namaz qılmaq,zəkat vermək,həccə getmək və Ramazan orucunu tutmaqdır
(Buxari və Müslim)
Digər bir hədisdə Allah rəsulu(sav) buyurmuşdur: kim bu namazımızı qılarsa, qibləmizə yönəlrsə və kəsdiklərimizi yeyərsə o müsəlmadır.
(Buxari)
•Uca Allah namazı iman adlandırmışdır
Uca Allahın namazı iman adlandırması,namazın böyük əhəmiyyət kəsb etdiiynə işarət edir.
Uca Allah buyurmuşdur:
(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir. (əl-Bəqərə,143)
Uca Allah başqa bi ayətdə namazın imanın əlaməti olması barədə belə buyurmuşdur:
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.(Qiyamət ,31)
Baş bir ayətdə isə namazı tərk etmənin imanı tərk etməsi olduğunu Uca Allah belə buyurmuşdur:
Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar! O gün vay halına (qiyaməti) yalan sayanların! (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!( Mürsəlat , 48-50)......................
Tarix: 12.04.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar