Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) deyib: "İnsanlardan elə bir kəs yoxdur ki, onun bədəninə (cəsədinə) bir bəla (xəstəlik, azar, yara və.s.) gəlsin, toxunsun, yalnız Allahın əmri gəlməkdən başqa (yəni ölüm anından başqa) mühafizə edən (qoruyan mələklər) onu qoruyarlar (Onun savab işlərini yazan mələklər yenə də onun savablarını yazmağa davam edərlər).
İzzətli və Cəlal Allah deyər: Quluma hər bir gündə və gecədə sağlam vaxtı etdiyi (yerinə yetirdiyi) bütün əməlləri (işləri, davranışları) üçün eyni ilə savab yazın" (Albani, Səhih).
Yəni, Allahın bir qulu əgər gündüz vaxtları və gecə vaxtları daima xeyirli əməllər, savab işlər, saleh əməllər edirdisə, yaxşı işlərlə sağlam olarkən məşğul olurdusa, bunu edərkən birdən onun bədəninə nəsə ya xəstəlik, ya azar, ya yara, yaxud da nəsə başqa bir müsibət və bəla gəlir. Həmin Allahın qulu sağlam vaxtı etdiyi bütün yaxşılıqları xəstə olarkən yerinə yetirə bilmir. Buna baxmayaraq Allah təala həmin qulunun sağlam olanda etdiyi bütün yaxşılıqları yenə də qeyd edir. Mələklər yenə də həmin insanın bütün sağlam vaxtı etdiyi yaxşılıqları qeyd edirlər.
Belə ki, sən sağlam olarkən etdiyin saleh əməllərinin çoxusu, bəlkə də hamısı yenə də sən xəstə olarkən sənə savab olaraq yazılır. Halbuki sən indi xəstəsən və əvvəl etdiyin yaxşı işləri görə bilmirsən. Buna baxmayaraq Allahın sənə təyin etdiyi qoruyucu mələk, daha doğrusu sənin bütün sözlərini və hərəkətlərini, əməllərini qeyd edən mələk yenə də sənə əvvəl edib, indi xəstəliyinə görə etmədiyin yaxşı əməllərinə görə eyni ilə savab yazır. Bu bizim dərk etmədiyimiz böyük bir lütfdür. Allaha həmd olsun bizə olan bütün lütflərinə görə. Bu Rəbbimizin bizə olan ən böyük ikramıdır, yaxşılığıdır. Ey Rəbbimiz! Sənə islam dini nemətinə görə, bizi müsəlman etdiyinə görə həmd olsun, şükrlər olsun, təriflər olsun...
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
Tarix: 10.04.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar