ALLAH`a həmd olsun! Saysız nemətləri üçün Ona həmd edirəm! Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur! Axirətdə və dünyada həmd Onadır! Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (Allahın xeyr duası və salamı olsun) Onun qulu və razı olduğu elçisidir. ALLAH`ım!.. Qulun və Rəsulun Muhəmməd Mustafaya, əhli-beytinə və əshabına, onlara tabe olan və nümunə alanlara xeyir-dua və salam elə, onları bərəkətli et!..
Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun və Ona itaətə bağlı qalın! Çünki Ona itaət etmək ən doğru və ən güclü davranışdır.
Zaman döndü dolaşdı və uzun gündüzlərin istiliyi və qısa gəcələri ilə yay başladı. Bu başlanğıcla birlikdə böyü-məkdə olan yeni nəsillər üçün boş vaxtın zərərlərinə yol aça biləcəyi vərdişlərə və azmalara qarşı xəbərdar edici səslər də yüksəlir.
Müasir mədəniyyətin ortaya çıxardığı təhlükəli sərbəstliyi ilə boş vaxt, ictimai hərəkət üzərində böyük bir yük və təhlükə halını almışdır. Boş vaxt bu əsrdə, boş vaxt olmaqdan çıxaraq ruhi və qəlb boşluğu, əsaslar və dəyərlər boşluğu, ciddi məqsədlər boşluğu olmuşdur.
Boş vaxt problemi, həyatın məqsədsiz olmasından qaynaqlanmışdır. Yoxsa, boş vaxt problemi, insan fitrətindən qaynaqlanan təməl bir problem deyildir. Əksinə müasir mədəniyyətin saxtalığından qaynaqlanan, sonradan ortaya çıxan bir problemdir.
Boş vaxt insanın özünü; faydasız, cəmiyyətin işləməyən və xeyir verməyən iflic bir orqanı olaraq hiss etməsinə gətirib çıxarır. Boş insan, etdiyinin nəticəsi olaraq nəfsinin arzu duyacağı heç bir şey gözləməz. Həyatda bir məqsədi olmaz. Məqsədsiz bu həyat necə bir həyatdır?!
Boş vaxt, şeytanın vasitələrindən biridir. Şeytan, boş vaxtda insana vəsvəsə verir. Hisslərini həvəsləndirir və alovlandırir; onlar da insanı yandırar. Çünki nə olursa olsun heç bir iş olmadan vaxt bolluğu, insanı şeytani vəsvəsələrin və təhlükəli düşüncələrin əsarətinə salar.
Boş vaxt, düşüncəni, ağlı və bədəni gücləri öldürən bir xəstəlikdir. Çünki nəfsin mütləq bir hərəkəti və işi olmalıdır. Nəfs bunlardan boş olduqda düşüncə geriləyər və ağıl işləməyən hala gələr. Nəfsin hərəkəti zəifləyər. Alçaq düşüncələr qəlbi işğal edər.
Boş vaxt, yay tətilində həqiqi bir problem halına gəlməkdədir. Gənclər, çoxlu boş vaxt olduğu halda, bu vaxtı dolduracaq ciddi və yaxşı işlər tapa bilmirlər. Bu boşluq, öldürücü belə ola bilər. Hətta tədqiqatçılardan bir çoxu boş vaxtın, müxtəlif azmalarda əsas səbəb olduğu görüşündədirlər. Misal üçün narkotikdən istifadə etməyin yayılması və bir çox müsəlman cəmiyyətlərində təhlükəli səviyyələrə çatması, boş vaxt probleminin doğru bir şəkildə nəzarətə alınamamasından qaynaqlanır.
Boşluq içində yaşayan bir gəncin, başqalarının əlinə şikar olaraq düşməsi və yönləndirilməsi asandır. Batil sektalar və görüşlərin təsirinə düşənlərin həyat hekayələrini oxuyan; onların, boş vaxt problemi yaşayan gənclərdən olduğunu görər. İnsanlar, hansı zaman və məkanda olursa olsun, əxlaqi problemlər və cinayət sayları boş vaxtın artışı ilə əlaqəli olduğuna şahid olmuşdurlar. Buna görə gənclər arasında boş vaxtı nəzarət, diqqət və yönləndirmədən uzaq bir şəkildə; xeyirli bir səbəb olmadan küçələrdə və bazarlarda gəzərək doldurma hadisələri yayılmışdır. Beləcə vaxt öldürürlər və görülməsi təhlükəli olan şeylərə baxarlar. Kafelərdə və yol kənarlarında oturarlar. Pozğunçuluq səbəbinə, rolunu oynaması və istədiyi kimi at oynatması üçün meydan verirlər. Onları pisliklərə həvəsləndirər və pis vərdişlərə sürükləyər. Bütün bu vaxtlar, öldürücü saatlar ola bilər və öldürücüdür də... Gənc bütün vaxtını peyk yayınlarını seyr edərək keçirə bilər. Ailə fərdləri ilə duyğusal və ictimai bağı kəsilir. Bu vəziyyətdə öncə özü ilə, sonra isə ailəsi və cəmiyyəti ilə problemlər yaşayacaq; bir əksiklik, basqı və məhrumiyyət hiss edəcəkdir. Ayrıca alışılmışın xaricinə çıxdığı, özünün və başqalarının haqlarını qorumadığı üçün rahatsızlıq qaynağı olacaqdır. Daha sonra da yasaq olan şeylərə yönələcəkdir. Beləcə, tərbiyəçi rolundakı ataların boş vaxtın müsibətlərindən çəkinmələri və nəfsləri pisliklərinə qarşı qorumaları vacib olduğunu anlamış oluruq. İnsanların mal itkisinə müəyyən bir ölçüdə diqqət etdiyini və zərərlərinın dərəcəsini bildiyini, fəqət vaxt itkisinin mənasını dərk edə bilmədiklərini görmək həqiqətən kədərləndirici bir haldır. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) işçisinə belə deyərkən nə doğru söyləmişdir: “Bu əllər, səni günah ilə məşgul etmədən əvvəl mütləq ALLAH`a (cəlla cəlaluhu) itaətlə məşgul edilməlidir.”
Boş vaxt sonsuza qədər boş vaxt olaraq qalmaz. Mütləq xeyir və ya şərr bir şeylə doldurulur. Nəfsini xeyir ilə məşgul etməyəni, nəfsi batil ilə məşgul edər. Boş vaxtını xeyir və doğruluqla doldurana müjdələr olsun!..
Boş vaxta gözəl bir şəkildə hakim olmaq və onu uyğun yollarda sərf etmək, ümmətin mənsublarının güclərini faydasız olmaqdan qoruyur. Fikri xəstəliklərə və zəhərlərə qarşı ümmətə dözüm və qətiyyət qazandırır. Ümmətə, əxlaq pozğunluğu qapılarını bağlama gücü verir.
Buna görə İslam, vəzifələrdən sonrakı boş vaxtları faydalı və səmərəli işlərlə dəyərləndirməyə həvəsləndirmişdir. Beləcə insan, şikayətçi olacaq, doldurmaq üçün güc sərf edəcək və ya azacaq bir boşluq tapmayacaq. Bir başqa sözlə, müsəlmanın həyatında əsl olan boş vaxtın olmamasıdır. Çünki müsəlmanın həyatında vaxt və ömür, UCA ALLAH`ın mülküdür. İslam tərbiyəsi, yeni yetişən nəsli, həyatın hər saat və anına boynuna asılmış bir əmanət olaraq baxmaq və buna görə onu xeyirlə doldurmaq üçün yetişdirir. Rəsulullah(Allahın xeyr duası və salamı olsun) yox olmadan əvvəl boş vaxtımızdan faydalanmağımız üçün açıq bir çağırış etmişdir. O (Allahın xeyr duası və salamı olsun)belə buyurur:
“Beş şeydən əvvəl beş şeyin qiymətini bil: Qocalıqdan əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl həyatının.”( əl-Hakim.)
Bəşəriyətin müəllimi, Peyğəmbərimiz Muhəmmədin (Allahın xeyr duası və salamı olsun) açıq təlimatındakı tərbiyə dərinliyinə bax!.. Boş vaxtı, işlətmə mövsümü və sağlığında xəstə olacağı gün üçün, gəncliyində qocalığı üçün sərmayə yığacağı qazanclı bir ticarət halına gətirir. Bu, bir daha dönməyərək keçib getmədən əvvəl boş vaxtlardan faydalanmağa çağırışdır. Yatağa salan bir xəstəlik, bitirən bir qocalıq və ya məşgul edən bir bəla gəlmədən öncə boş vaxtları dəyərləndir. Rəsulullahın (sav) davranışı, vaxtdan faydalanmağa həvəsləndirən sözünü doğrulamışdır. Onun (sav) həyatında heç boş vaxt yox idi. Onun (sav) həyatında boş vaxt olması necə düşünülə bilər? O (sav) RƏBB`indən bu sözünü almışdır:
“(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş) və ancaq RƏBB`inə yalvar!”( əl-İnşirah surəsi, 94/7-8.)
Bu xitab, hər müsəlmanadır. Yəni; “Ey müsəlman! Əsla boş dayanma!” deməkdir. Bir işi bitirdikdə digər bir işə başla! Dininin bir əməlini bitirdikdə dünya işi ilə məşğul ol! Dünya işini bitirdikdə dininin bir əməli ilə məşgul ol! Bədəninin bir ehtiyacını təmin etdikdə qəlbin üçün bir qida və ruhun üçün bir fayda əldə et! Öz işini bitirdikdə ailənin işinə, sonra da cəmiyyətinin və ümmətinin işinə yönəl!. Beləcə aləm üçün hazırlıq və istirahətdən başqa əsla boş vaxt qalmaz.
Aişə (Allah ondan razı olsun) örnək Peyğəmbər Rəsulullahdan (sav) bəhs edərək belə deyir: “Onun, evində boş dayandığı əsla görülmədi.” İbn Məsud (Allah ondan razı olsun) belə deyir: “Dünya və ya axirətlə əlaqəli bir işlə məşğul olmayıb boş dayanan adam görməyi xoşlamıram.” Yenə belə dediyi rəvayət edilir: “İnsanı işsiz dayanan görməkdən nifrət edirəm. Nə dünya işindən nə də axirət işindən bir şeydədir.” Qadı Şureyh (Allah rəhmət eyləsin), boş-boş gəzən bəzi qonşularını görür. “Nə olub sizə?” deyir. “Bu gün boşuq” deyirlər. Şüreyh (Allah rəhmət eyləsin) belə deyir: “Boş qalana bu əmr edildi?” Heç şübhəsiz bu sözlər, ömrümüzün dəqiqələrini yer üzünün abadı, bizə və ya başqa insanlara faydalı bir iş etmək və ya nəfsimizi və ailəmizi məşru ölçülər içində istirahət etdirmək üçün xərcləməyə yönəldən bir səbəb təşkil edir. Bu hall, bir ümmətin həyatında tabe olunan örnək halına gəldikdə heç şübhəsiz o ümmətin mənsublarının istehsalı; elm, texnoloqiya və insanlığa hizmət sahələrində inkişafa nail olacaqdır.
İmam Şafii (Allah rəhmət eyləsin) yeni nəsillərə bir tərbiyə qaydası göstərərək belə deyir: “Nəfsini haqq ilə məşğul etməsən o səni batillə məşğul edər.”
Nəfs, xeyir və yaxşılıq layihələrində sürətlə hərəkət etməsə tezliklə onu batil düşüncələr alar, faydasız işlərin çüxuruna düşər. Ən yaxşısı, insanın özünə, bütün vaxtını əhatə edəcək bir üsul təyin etməsidir. Beləcə şeytanın giriş qapılarını bağlayar. Boş vaxtını, vücuduna sağlıq, əzələlərinə qüvvət, bədəninə canlılıq və cəmiyyətinə fayda gətirəcək təsirli bir vaxta döndərir.
İnkişaf etmiş cəmiyyətlərin gənclərinin bir çoxu, tətilləri və boş vaxtları, xüsusiyyətlərini inkişaf etdirmək və istedadlarını dəyərləndirmək, düşüncələrini genişlətmək və yeni bilgilərlə mədəniyyətlərini artırmaq üçün fürsət bilməkdədir.
Hamımız bilirik ki, bu inkar edilməyəcək bir həqiqətdir. Fəqət doğru bir üsulla yorğunluqdan qurtula, içimizdəki arzuları yönləndirə bilərik. Gizli xüsusiyyətləri canlandırıb fərdi istedadları və imkanları inkişaf etdirə bilərik. Gözəl vərdişləri gücləndirə, məsuliyyət daşımağı öyrədə bilərik. Bütün bunları müəyyən bir məqsəd daşıyan proqramlar, yönləndirmə və elmləndirmə ilə istirahəti bir arada tutan müxtəlif vasitələrlə gerçəkləşdirə bilərik. Tərbiyəçilər və islahatçılar bu vəzifə ilə yükləndikdə, mənsublarının arzularına və ümidlərinə cavab verən çalışmalar və proqramlar təqdim edərək gəncləri özünə çəkən bir sahə qururlar. Beləcə gənclər, yay tətilində və digər zamanlarda boş vaxtın mənfi təsirlərinə düçar olmaz və ümmətin gücü boşa getməyəcək. Əli (Allah ondan razı olsun) belə deyir: “Kim, ödəyəcəyi bir haqqın, əda edəcəyi bir fərzin, quracağı bir nəslin, əldə edəcəyi bir tərifin, eşidəcəyi bir xeyrin və ya alacağı bir elmin xaricində bir gün keçirərsə şübhəsiz ki, gününə pislik etmişdir.”
Tətil, boşluğu dəyərləndirən üçün qiymətli bir xəzinə və bənzərsiz bir fürsətdir. Faydasız keçirən üçün isə, bir təhlükə və azma halına dönür.
Boş vaxt probleminin, müsəlmanın həyatında yeri yoxdur.UCA ALLAH`ın zikri ilə əmr olunmuş bir qəlbdə və UCA ALLAH`a ibadət edən bir ruhda boşluq olması mümkün deyildir.
Boş vaxtın təhlükəsi və tətilin ağırlığı, tərbiyə qurumlarımıza, ictimai və xidmət müəssisələrimizə, atalara və tərbiyəçilərə boş vaxtların dəyərləndirilməsində məsuliyyət düşür. Mənsublarının güclərini dəyərləndirmədə ümmətin ümidləri ilə uyğun gələn və orta məktəbdən etibarən onları içinə alan proqramlar müəyyən etməkdə məsuliyyət daşıyırlar.
Boş vaxtı doldurmaq üçün istifadə edilə biləcək faydalı yollardan biri də kitab oxumaq, elmi konfranslara qatılmaqdır. Valideynlərin haqlarını yerinə yetirmək, onlara daha çox yaxşılıq etmək, qohumları ziyarət etmək, faydalı ictimai işlərə qatılmaq, peşə öyrənmək, kasıblara, ehtiyac sahiblərinə və yetimlərə yaxşılıq etmək, elm öyrənməyə çalışmaq, insanları barışdırmaq üçün çalışmaq, Məkkə və Mədinəni ziyarət və ümrə etməkdir. Elm halqaları və məscidlərdəki dərslər də, mütləq faydalanılması və dəyərləndirilməsi vacib olan bir nemətdir.
Əbu Zərr əl-Ğifaridən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə, Rəsulullah (sav) bəzi könüllü çalışma sahələri müəyyən edərək belə buyurur:
“Qardaşının üzünə gülümsəmən sənin üçün bir sədəqədir. Yaxşılığı əmr etməyin və pislikdən çəkindirməyin sənin üçün bir sədəqədir. Azdığında insana yol göstərməyin sənin üçün bir sədəqədir. Daşı, tikanı və sümüyü yoldan götürməyin sənin üçün bir sədəqədir. Öz qabından qardaşının qabına boşaltmağın sənin üçün bir sədəqədir.” (ət-Tirmizi.)
ALLAH`ın qulları!.. İnsanların ən xeyirlisinə xeyir-dua və salam edin. Çünki bunu sizə ALLAH əmr etmişdir. O belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56)
Tarix: 14.04.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Maraqlı melumatlar