Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri-müsəlman bir kəs Mədinəyə daxil ola bilərmi?

47736-Sual: Qeyri-müsəlman bir kəs Mədinəyə, yəni (harama) (ehtiyacdan dolayı) daxil ola bilər?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi:

Kafirlərin Ərəb Yarımadasında məskunlaşmasına imkan vermək olmaz. Elm əhli Ərəb Yarımadasının sərhədlərinin izahında ixtilaf etmişdirlər. Lakin onlar Mədinənin (Peyğəmbərin şəhəri) (Ərəb Yarımadasının) bir hissəsi olması həqiqəti barəsində ixtilaf etməmişdirlər.

İbn Qudamə demişdir:

Onlardan (kafirlərdən) hər hansı birinin Hicazda yaşaması icazəli deyil. Malik və Şafi bu cür söyləmişdirlər. Lakin Malik demişdir: “Mənim rəyim budur ki, onlar bütün Ərəb torpaqlarından çıxarılmalıdırlar, çünki Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Ərəb Yarımadasında iki din bir yerdə cəm ola bilməz”. Əbu Davud öz isnadı ilə Ömərdən rəvayət edir ki, o Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitmişdir: “Mən mütləq Yəhudiləri və Nəsraniləri Ərəb Yarımadasından çıxaracam və orada yalnız müsəlmanın olmasına izn verəcəm (başqasına icazə verməyəcəm)”. Tirmizi demişdir: Bu səhih həsən hədisdir. Həmçinin rəvayət olunur ki, İbn Abbas demişdir: “Allah Rəsulu sallallahu aleyhi və səlləm üç şeyi vəsiyyət etdi: O demişdir: “Müşrikləri Ərəb Yarımadasından çıxarın, qonaqlara (nümayəndələrə) mənim etdiyim kimi ehtiram göstərin və o üçüncü barədə susdu. Əbu Davud rəvayət etmişdir.

Əl-Muğni, 9/285, 286

İkincisi: Ticarət məqsədilə, orada qalmadan (məskunlaşmadan, iqamə etmədən) kafirlərin Mədinəyə daxil olmasına icazə verilir. Öz (bizneslərini tamamlamaq üçün) onlara kifayət qədər vaxt verilməlidir, sonra onlara (Mədinəni) təkr etmələri söylənməlidir. İbn Qudamə demişdir:

“Ticarət məqsədilə onların Hicaza daxil olması icazəlidir, çünki Nəsranilər Ömərin (Allah ondan razı olsun) dövründə Mədinə ilə ticarət edərdilər. Qoca bir nəsrani kişi Mədinədə onun yanına gəldi və dedi: “Mən nəsrani qoca bir kişiyəm və sizin nümayəndəniz məndən iki dəfə (onluq) götürmüşdür”. Ömər dedi: “Mən (hənif) qoca bir kişiyəm” və “Ömər həmin nümayəndəsinə yazaraq dedi: “İldə yalnız bir dəfə onluq götür və onlara üç gündən artıq qalmağa izn vermə”. Ömərdən rəvayət olunan budur. Sonra (kafirlər) bundan sonra tərk etməlidir. Al-Qadi demişdir: “Dörd gün həddir, bundan sonra müsafir namazlarını tam qılmalıdır.

Əl-Muğni, 9/286

Üçüncüsü: Mədinə və onun haramlığı barədə qeyd etdiklərimiz Məkkənin haramlığına tətbiq olunmur. Belə ki, kafirlərin istənilən halda ora girməsi qadağandır.

Əl-Məvsuə əl-Fiqhiyyə (3/130, 131) əsərində deyilir:

Alimlərin cumhuru-o cümlədən Muhəmməd ibn əl-Həsən, Hənəfi alimlərindən-rəyi budur ki, kafirlərin Məkkəyə daxil olması tamamilə (qətiyyən) qadağandır. Hənəfilərin rəyi budur ki, sülh varsa və yaxud iznləri varsa bu icazəlidir.

Mədinənin haramlığına gəldikdə, xəbər gətirmək, ticarət məqsədilə və yaxud bəzi malları gətirmək üçün kafirlərin ora daxil olması qadağan deyil. İzn və yaxud sülh olmadan kafir digər ərəb torpaqlarına daxil ola bilməz. Fəqihlər bu məsələni təfsilatı ilə müzakirə etmişdirlər. Sitatın sonu.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...