Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AXİRƏT

Axirətə inam – vəfat edərək bir müddət «Qəbir aləmində» saxlandıqdan sonra, Qiyamət Günü təzə bir bədənlə yenidən dirildirilərək, haqq-hesaba çəkildikdən sonra, həyatın əsas və əbədi olan mərhələsinin ya CƏNNƏT, ya CƏHƏNNƏM sistemlərində davamına inamdır. O günü hər kəs Yer kürəsində yaşadığı dövrdə Allahdan gələn Dinə qarşı və o dövrdə qüvvədə olan hər bir Peyğəmbərə dair olan münasibətinə və əlaqəsinə görə şəxsən Allah tərəfindən sorğu – suala çəkiləcəkdir və bunun nəticələri ilə mühakimə olunacaqdır. O gün çox dəhşətli bir gündür.

Hər insanın vəzifəsi özünün yaşadığı dövrün Peyğəmbərinə tabe olmasıdır. Yəni, hər hansı bir Peyğəmbərin peyğəmbərliyi dövründə yaşayan hər insanın, həmin dövrdə güvvədə olan bu Peyğəmbərə və ya ondan sonra onun təliminə tabe olması vacibdir, Ona olan münasibətinə görə məsuldur və cəvabdehdir. Bizim hal-hazırda yaşadığımız dövr də yalnız Hz. Mühammədin (s.ə.s.) və onun təliminin dövrüdür, Onun peyğəmbərlik və onun şəriətinin dövrüdür və bu gün bütün bəşəriyyət məhz bu Peyğəmbərə olan münasibətinə görə cəvabdehdir. Artıq, bizim bu Peyğəmbərimiz (s.ə.s.) Allahın göndərdiyi sonuncu, tamamlayıcı Elçisidir və bu Qiyamətə qədər qüvvədə olan sonuncu Peyğəmbərlikdir. Digər tərəfdən də, Qiyamətin və Axirətin yaxınlaşmasının birinci əlaməti və Rəbbimiz olan Allahın sonuncu xəbardarlığıdır.

Beləliklə, Axirət nədir, nədən ibarətdir? O hansı mərhələlərdən keçir?

Yuxarıda qeyd etdiyimz kimi, axirət sözünün kökü «axırıncı», «sonuncu» mənasını verir. Bəşəriyyətin həyatı ilə bağlı olaraq istifadə edilən Axirət sözü də, insanların hal-hazırdakı dünyada yaşayışının ümumi şəkildə sona çatması, burada həyatın dayanması, törənəcək insanların limitinin (həyat daşıyan toxumların sayının qurtararaq) bitməsı və bəşəriyyətin ümumi şəkildə təzə və ya digər mərhələyə keçməsi, həyatın başqa aləmdə davam etməsi mənasını daşıyır. Lakin, axirət həyatı öz başlanğıcını insanın ilk yaranması tarixindən başlayır. Çünki, insanın yaradılışındakı olan texniki xüsusiyyətlərində bir sıra amil və xüsusların əvvəlcədən qoyulması, onun axirətdə də yaşayacağı üçün əvvəlcədən planlaşdırılaraq nəzərə alınıb və insan bədəni sanki bir cihaz şəklində bu göstəricilərə uyğun tutulduğu halda icad edilərək «quraşdırılıb». İnsanın varlığı, tərkibi və funksiyaları birbaşa Ali Varlığın, Ali Yaradıcının, Ali Ağıl Sahibinin varlığına, ən azı məntiqi dəlildir.


Tarix: 12.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqlı melumatlar
loading...