Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümid və xəyallar arasındakı fərq

Bilmək lazımdır ki, nəyəsə ümid üç keyfiyyətin olmasını nəzərdə tutur:
1.arzu etdiyinə məhəbbət;
2.ondan məhrum olmaqdan qorxmaq;
3.bunu əldə etmək üçün bütün güclə çalışmaq.

Ümidin bu keyfiyyətlərə ümumi heç bir aidiyyəti yoxdursa onda bu sadəcə arzudur. Lakin ümid – bir şeydir, xəyallar isə - tam başqa bir şeydir. Ümid edən hər kəs qorxu keçirir, müsafir qorxu keçirirsə addımını yeyinlədir.
Ət-Tirmizinin “Sünanə”sində Əbu Hüreyranın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) deyib: “Kim qorxursa gecə yola düşür, gecə yola düşən isə evə çatır. Ona görə dinləyiniz! Həqiqətən Allahın malı bahadır – bu Cənnətdir!”.
Allah Sübhanə Təala möminləri yalnız ümidlə deyil, həmçinin qorxu ilə də vəsf edib. Buna görə aydın olur ki, ümid və qorxu saleh əməllərlə əlavə edilirsə fayda gətirir.
Uca Allah deyib: “Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər, Rəbbinin ayələrinə iman gətirənlər, Rəbbinə şərik qoşmayanlar, Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər –Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.” (əl-Muminun, 57-61).
Ət-Tirmizinin “Sünanə”sində Aişənin hədisi rəvayət edilir ki, o ayə barəsində Allahın Rəsulundan (sav) soruşdu: “Bu içki içib zina edənlərdir?”. O cavab verdi: “Xeyr, ey siddiqin qızı, bunlar oruc tutub namaz qılanlar və sədəqə verənlərdir. Onlar qorxurlar ki, əməlləri qəbul olunmayacaq və yaxşı əməllər etməyə tələsirlər”. O həmçinin oxşar hədisi Əbu Hüreyradan rəvayət edib.
Beləliklə, Allah Sübhanə Təala xoşbəxt qulları saleh əməllər görüb, lakin qorxu keçirdən, bədbəxtləri isə pis əməllər edib özlərini təhlükəsizlikdə hiss edən kimi vəsf edib.


Tarix: 12.04.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar
loading...