Hərdən biz kasıba və müiskinə sədəqə veririk. Yaxud da bizdən birimiz kasıblardan birinə sədəqə verəndə deyirik:
-Bunu götür və mənə dua elə!
Yaxud belə deyirik:
-Mən səndən mənə dua etməkdən başqa heç nə istəmirəm.
Görəsən, sən dərk edirsənmi ki, verdiyin hər hansısa bir şeyə görə sənə veriləcək savab, əcr, mükafat boşa gedər?
İbn Teymiyyə belə deyir:
- Allah təala buyurur: “- Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” (İnsan surəsi, 8-10).
Kim yoxsullardan, fəqirlərdən dua və tərif tələb etsə bu ayənin hökmünə daxil olur. Belə olan şəxsə nəsihət etmək və başa salmaq lazımdır ki, sən verdiyin bu sədəqəni boşa aparmamaq və tez bir vaxtda bu dünyada mükafat gözləməmək üçün sədəqə verəndə miskindən və yoxsuldan heç nə tələb etmə. Əksinə verdiyin nemətin əvəzini Allahdan istəməlisən.
Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) üçün bir qoyun hədiyyə etmişdilər. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi ki, onu bölüşdürün. Aişə xadimə ilə geri qayıtdı və ona dedilər:
“ - Sizin üçün bərəkətli olsun!”.
Aişə (Allah ondan razı olsun) dedi:
“- Allah təala sizin üçün də bərəkətli etsin! Sizin bizə istədiyiniz bərəkətin sizin üçün də olmasını istəyirik”. Albani deyib ki, hədisin isnadı yaxşıdır. Baxın! Gördünüzmü ki, Aişə (Allah ondan razı olsun) onlardan heç nə tələb etmədi. Əksinə onlar üçün yenidən bərəkət duası etdi. Əziz müsəlmanlar! Bizlər də verdiyimizi Allah rizası üçün verməli və bunun qarşılığında nə isə verdiyimiz adamdan dua, tərif gözləməməliyik. Əksinə kiməsə nəsə verəndə verdiyimizin onun üçün bərəkətli olmasını uca Allahdan dua edəərk istəməliyik. Bu yazını bu məsələdən xəbəri olmayanlar üçün paylaşın!
Əkrəm Həsənov (ilahiyyatçı)...
Tarix: 08.04.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar