Həqiqətən də əksəriyyət namazın əhəmiyyətini dərk etmir və ona görə də onun qədrini bilmir.Bəzi şəxslər doğrudan da namaz haqqında çox az məlumat əldə ediblər,amma elə insanlar da var ki,bu haqda kifayət qədər məlumatlı olduğu halda haqqa boyun əymək istəmir,tənbəllik və səhlənkarlıq ucbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınır.
Nə üçün?
Çünki, öz Rəbbinə asi olub onun əmrlərinə tabe olmayan şəxslər dünya və axirətdə bədbəxt aqibətə düçar olacaqlar.İnsanin batini aləmində daim iki növ çağırış və dəvət ona sanki istiqamət verir.Onlardan biri yaxşı işlərə ,digəri isə günah və yaramaz işlərə dəvətdir. Məlum məsələdir ki,yaxşı işlərə və ibadətə çağırış Haqq tərəfindən ,günah və çirkin işlərə dəvət isə şeytan tərəfindəndir.İnsanın namaz qılıb-qılmaması da hansı növ çağırışa qulaq asmasından asılıdır.Adətən şeytan belə edir:”Hələ tezdir,qocalanda qılarsan”,”namaz qılmaq çox çətindir,sən onun öhdəsindən gələ bilməzsən”,”namaz qılsan gör nə qədər işlərdən çəkinməli olarsan”,”namaz qılsan sənə gülərlər”,”onsuz da Allah səni bağışlamayacaq,indiyə qədər çoxlu günahlar etmisən” və s.
Namaz insan ruhuna enerji bəxş edən mənəvi qidaya bənzəyir.İnsan yemək yemədikdə xəstəliyə düşüb öldüyü kimi,namazı da tərk etdikdə nəfsani xəstəliyə düçar olur.Beləliklə də təfəkkür və batini aləmi ruhi böhran keçirir.Çox qəribədir ki,saatlarla hətta günlərlə vaxtını boş şeylərə sərf edən bir çox şəxslər güya namaz qılmağa vaxt tapa bilmirlər.
Allah-təala Qurani-kərimdə buyurmuşdur:
"Ya Məhəmməd!Qurandan sənə vəhy olunanı oxu və namazı qıl. Həqiqətən ,namaz insanı çirkin və pis əməllardən çəkindirər.Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə,hər yerdə yada salmaq ),şübhəsizki,(savab etibarilə bütün başqa ibadətlərdən)daha böyükdür.Allah etdiklərinizi(bütün yaxşı və pis əməllərinizi )bilir!”
Tarix: 24.11.2012 / 18:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Maraqlı melumatlar