Verməyin ləzzəti almağın ləzzətindən çox-çox üstündür. Peyğəmbərimiz buyurur ki, verən əl alan əldən daha xeyirlidir Qonşuluğunda tənha bir qarı yaşayır: min adda ehtiyacı var. O, sənin imtahanındır. Sən o qonşunla sınağa çəkilirsən. O qarı səndən razı olarsa, Allah da səndən razı olar.
Iş yerinin yanında bir şikəst var. Avtomobil qəzasında iki ayağını, bir qolunu itirib. Bircə əli işə yarayır ki, onu da sıxıla-sıxıla adamlara uzadır. O da sənin sınağındır. Məsələ onu doyurmaqda, onun bütün ehtiyaclarını həll etməkdə deyil, məsələ sənin səmimiyyətində, hansı duyğu ilə ona əl tutmağındadır. Kasıb az bir sədəqə ilə dünyaların sərvətini qazana bilər. Hər kəs öz imkanları ilə sınağa çəkilir. Sənin verdiyin bir çörək pulu sənə cənnət nemətlərini qazandıra bilər.
Hamımız sınaqdayıq. Hamımız bir-birimizlə sınağa çəkilirik. Qonşumuzla, dostumuzla, yanımızdakı o tənha qarı ilə, yolumuzun üstündəki o şikəstlə, yetimlərlə, hamımız sınaqdayıq, hamımız... Sərvətimizlə sınağa çəkilirik, işimizlə sınağa çəkilirik, övladımızla sınağa çəkilirik, imkanlarımızla sınağa çəkilirik...
Peyğəmbərimiz həzrəti -Məhəmməd (s.ə.s.): "bütün müsəlmanlar tək vücud kimidirlər", - buyurmuşdur. Yəni müsəlman dünyanın harasında olursa-olsun müsəlman qardaşının dərdinə şərik olmalı, onun ağrısını öz canında hiss etməlidir. Bir yerin ağrıyanda həkimə ətək-ətək pul tökürsən ki, şəfa tapasan. Bəlkə sənin o müsəlman qardaşına verdiyim bir miqdar pul neçə ağrının, neçə
dərdin qarşısını alacaq, Allah-Təala neçə günahımızı o sədəqəyə bağışlayacaq. Neçə bəla hələ sənə çatmamış geri dönəcək. Yəni bir qədər fərqli düşünək. Hər şeyə maddiyyatın gözü ilə baxmayaq. Verməyin ləzzəti almağın ləzzətindən çox-çox
üstündür. Peyğəmbərimiz buyurur ki, verən əl alan əldən daha xeyirlidir. Buyurun, qarşınızda bir sınağımız var.
Tarix: 11.04.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Maraqlı melumatlar