Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən Sabbah

Həsən Sabbah(1055-1124) – İsmailiyyə məzhəbinin qurucusu, İsmaililər dövlətinin ilk hökmdarı (hakimiyyət illəri: 1090-1124). Əsl adı Həsən ibn əs-Sabbahdır.Mündəricat
1 Həyatı
2 Nizamülmülk və Həsən Sabbah
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Nizamülmülk və Həsən Sabbah

Səlcuqlu tüklərin böyük, ədalətli və əzəmətli dövlətində özünə yer tutmaq üçün fars zadəganları xüsusi canfəşanlıq göstərirdilər. Hətta belə rəvayət var ki, Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misisrə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrrorçu təşkilat yaradır və səlcuqilərə qarşı mübarizə aparır. O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər. Onlar cindən törəyiblər və onları və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də "borclu qalmır". Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Bu barədə sonra.


Tarix: 26.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Maraqlı melumatlar
loading...