Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı
Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[Mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır.
Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[Mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[Mənbə göstərin]
Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir.
Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb.
Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Tarix: 24.02.2013 / 17:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar