Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belə Bir Dostunuz Oldumu?

Daim düşüncəli idi.
Susması danışmasından uzun çəkərdi.
Lazımsız danışmazdı.
Danışdığı vaxt nə çox artıq,nə də əksik söz işlədərdi.
Dünya işləri üçün heç vaxt hirslənməz və qisas almazdı.

Ona qarşı olanları bağışlamaqla kifayətlənməz,onlara şərəf və dəyər verərdi.
Heç kimlə munaqişə etməzdi.
Çox danışmazdı.
Boş şeylərlə məşğul olmazdı.
Ümid edəni ümidsizliyə salmazdı.
Xoşuna gəlməyən bir şey haqqında susardı.
Heç kimin nə üzünə qarşı,nə də arxasınca qınamaz ve qüsurlarını deməzdi.
Heç kimin qüsurunu axtarmaz və araşdırmazdı.
Heç kimə haqqında xeyirli olmayan sözü söyləməzdi.
Yanında ən axırıncı danışanı əvvəlcə danışan kimi diqqətlə dinləyərdi.
Həmişə ciddi və təmkinli idi.
Danışarkən ətrafındakıların diqqətini cəlb edərdi.
Sözləri parıldayan inci dənəcikləri kimi xoş və aydın idi.
Yeriyərkən ayaqlarını yerdən nizamla qaldirar,sağa-sola yellənməzdi.
Addımlarını geniş atar,yüksək bir yerdən enirmiş kimi önə doğru əyilərdi.
Təmkin və sükunətlə rahatlıqla yeriyərdi.
Qapısına gəlib kömək istəyəni boş qaytarmazdı.
Dostlarına belə deyərdi: „Dünyada qərib,yaxud bir müsafir kimi ol.“
Hər zaman təbəssümlu halda olardı.
Adət üzrə işlədilən heç bir pis sözü dilinə gətirməmishdir.
Sıxıntılı hallarında kobudlaşmaz,qışqırmazdı.
Kasıblarla birlikdə yeyərdi və onlardan ayrı oturmazdi.
Sadə paltar geyinər,özünü göstərməkdən xoşu gəlməzdi.
Danışarkən üzünü başqa tərəfə çevirməzdi.
Olduğu məclisdə özünə xüsusi bir yeri seçməzdi.
Səhərlər evindən çıxarkən belə deyərdi:“ Allahın adı ilə, Allaha arxalanırıq. Güc və qüvvət Uca Allaha məxsusdur) Allahım, Sənin yolundan azmaqdan, azdırılmaqdan, insanlar qarşısında alçalmaqdan və alçaldılmaqdan, zülm etməkdən, zülm edilməkdən, başqasına qarşı cahillik etməkdən və mənə qarşı cahillik edilməsindən Sənə sığınıram“.
O RƏSULULLAH (SAV) İDİ.


Tarix: 12.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar
loading...