Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Gözəl Adları (Əsməul Hüsna)

«Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar»

1. Allah;
2. əl-Əhəd (bir, tək);
3. əl-Ə‘la (ən uca);
4. əl-Əkram (ən kəramətli);
5. əl-İləh (ilahi, tanrı, məbud);
6. əl-Əvvəl (birinci);
7. əl-Axir (sonuncu);
8. əz-Zahir (aşkarda olan);
9. əl-Batin (gizlində olan);
10. əl-Bəri‘ (yoxdan var edən);
11. əl-Bərr (yaxşılıq edən);
12. əl-Bəsir (hər şeyi görən);
13. ət-Təvvab (tövbələri qəbul edən);
14. əl-Cəbbar (aman verməyən);
15. əl-Hafiz (yadda saxlayan);
16. əl-Həfiz (qoruyan);
17. əl-Həsib (heç nəyi nəzərdən qaçırmayan, haqq-hesab tələb edən);
18. əl-Həfi (xoşsifət, üzügülər);
19. əl-Həqq (həqiqət);
20. əl-Mubin (açıq-aydın);
21. əl-Həkim (müdrik);
22. əl-Həlim (xoşrəftar);
23. əl-Həmid (tərifə layiq);
24. əl-Heyy (canlı, diri);
25. əl-Qayyum (əbədi mövcud olan);
26. əl-Xabir (hər şeydən xəbərdar olan);
27. əl-Xaliq (yaradan, xəlq edən);
28. əl-Xalləq (yaradıcı, qurucu);
29. ər-Rauf (yazığı gələn, hala acıyan);
30. ər-Rahmən (rəhmli);
31. ər-Rahim (mərhəmətli);
32. ər-Razzəq (ruzi verən);
33. ər-Raqib (nəzarət edən);
34. əs-Səlam (Özü bütün bəlalardan salamat olub başqalarını da onlardan salamat edən);
35. əs-Səmi‘ (hər şeyi eşidən);
36. əş-Şəkir (şükr edən);
37. əş-Şəkur (təşəkkür edən);
38. əş-Şəhid (hər şeyə şahid olan);
39. əs-Saməd (heç nəyə möhtac olmayan);
40. əl-Alim (bilən);
41. əl-Aziz (güclü, izzətli);
42. əl-Azim (əzəmətli);
43. əl-Əfuvv (bağışlayan, əfv edən);
44. əl-A‘lim (hər şeyi bilən);
45. əl-Ali (uca, ülvi);
46. əl-Ğaffər (günahlardan qoruyan);
47. əl-Ğafur (günahları bağışlayan);
48. əl-Ğəni (ən varlı, heç nəyə ehtiyacı olmayan);
49. əl-Fəttəh (fəth edən, rifah verən, Öz bəndələri üçün xeyir verən);
50. əl-Qadir (qadir, bacarıqlı);
51. əl-Qahir (qalib gələn, məğlub edən);
52. əl-Quddus (ən müqəddəs);
53. əl-Qədir (hamıdan qüdrətli);
54. əl-Qarib (yaxın);
55. əl-Qavi (qüvvətli);
56. əl-Qahhar (hər şeyi məğlub edən, hər şeydən qüdrətli);
57. əl-Kəbir (böyük);
58. əl-Kərim (səxavətli, kəramətli);
59. əl-Lətif (lütfkar, incə qəlbli);
60. əl-Mu‘min (Öz bəndələrini şərdən qoruyan, əmin edən);
61. əl-Mutəali (hər şeydən yüksəyə ucalmış);
62. əl-Mutəkəbbir (məğrur);
63. əl-Mətin (möhkəm, dözümlü);
64. əl-Mucib (dualara cavab verən);
65. əl-Məcid (şanlı);
66. əl-Muhit (hər şeyi əhatə edən);
67. əl-Musavvir (surət yaradan);
68. əl-Muqtədir (imkanlı, bacarıqlı);
69. əl-Muqit (ruziləndirən);
70. əl-Məlik (hökmdar, mütləq hakim);
71. əl-Məliik (hökmdar, sahibkar);
72. əl-Mövla (bəndələrinin işin yoluna qoyan, yaxın köməkçi);
73. əl-Muheymin (hamilik edən);
74. ən-Nasir (kömək edən, tərəf saxlayan);
75. əl-Vahid (vahid, tək, bir);
76. əl-Varis (varis);
77. əl-Vasi‘ (hər şeyi Özündə yerləşdirən, əhatə edən);
78. əl-Vədud (sevən);
79. əl-Vəkil (etibar edilən, vəkil);
80. əl-Vəli (yaxın, dost, köməkçi);
81. əl-Vəhhab (hədiyyələr edən).
82. əl-Cəmil (gözəl);
83. əl-Cəvvad (səxavətli, açıq qəlbli);
84. əl-Həkəm (ədalətlə hökm verən);
85. əl-Həyiyyu (hamıdan həyalı);
86. ər-Rəbb (tanrı, ağa, sahib);
87. ər-Rafiq (xeyirxah);
88. əs-Subbuh (bütün nöqsanlardan uzaq);
89. əs-Seyyid (ağa, hökmdar);
90. əş-Şə‘fi (şəfa verən, sağaldan);
91. ət-Tayyib (yaxşı, xoşa gələn);
92. əl-Qa‘bid (əldə saxlayan);
93. əl-Bə‘sit (sevindirən);
94. əl-Muqaddim (əvvələ keçirən);
95. əl-Muəxxir (təxirə salan);
96. əl-Muhsin (yaxşılıq edən, xeyirxah işlər görən);
97. əl-Mu‘ti (verən);
98. əl-Mənnən (hamıya qarşı mərhəmətli, lütfkar);
99. əl-Vitr (tək).


Tarix: 17.04.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar
loading...