1. O, günah ki, ona hədd vardır (əl kəsmək, daşqalaq və s.). 2. Böyük günah olaraq isimləndirilmişdir: Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə nəyin böyük günah olduğunu xəbər verimmi?»
(Buxari 11/555)
3. Həlak edici olaraq adlandırılması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həlak edici yeddi şeydən çəkinin»
(Buxari 5/393, Müslim 2/83)
4. Günahın həyasızlıq, çirkin və iyrənc bir iş olaraq adlandırılması: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və (Allahın qəzəbinə səbəb olan) çirkin bir yoldur». (ən-Nisa 22). 5. Günahın şeytan əməli olaraq adlandırılması: «Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). 6. Günahın fısq deyə adlandırılması: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»
(Buxari 1/110, Müslim 2/54)
7. Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o, zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!». (əl-Bəqərə 279). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə mən də ona müharibə elan edərəm»
(Buxari 11/340)
8. Günah edənin Allah və Rəsulu tərəfindən lənətlənməsi: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi»
(Buxari 10/333)
9. Günah edən kimsənin üzünə Allahın baxmayacağının ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlənərək paltarını yerlə sürükləyən kimsənin üzünə Allah qiyamət günü baxmaz»
(Buxari 10/258)
10. Günah edənin Cənnətə girməyəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan Cənnətə girməz»
(Müslim 2/89)
11. Günah edənin mömin olmayacağının ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi iman etmiş olmaz! Qonşusu onun şərrindən əmin olmayan kimsə»
(Buxari 10/443)
12. Günah edən bir kimsəyə Allahın qəzəb edəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun hüzuruna çıxar»
(Buxari 11/558)
13. Günah edənin küfr və ya şirklə ifadə eilməsi: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onlar arasında fərq namazdır. Hər kim onu tərk edərsə küfr etmiş olar»
(Tirmizi 7/8)
14. Günah edənin xüsran ilə ifadə edilməsi: «Yaxud o, məmləkətin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz». (əl-Əraf 99). 15. Günah edənin sapıqlıqla ifadə edilməsi: «Rəbbinin rəhmətindən doğru yoldan sapandan başqa kim ümüd kəsə bilər». (əl-Hicr 56). 16. Günah edənin bizdən deyildir sözü ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizi aldadan bizdən deyildir»
(Müslim 2/108)
17. Günah edənin Cəhənnəmdə əbədiyyən qalmasının ifadə edilməsi: «Kim qəsdən bir mömini öldürərsə içində əbədiyyən qalacağı Cəhənnəmdir». (ən-Nisa 93). 18. Günah edənin yerin dibinə keçrilməsi ilə ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən öncəki ümmətlrdən bir nəfər təkəbbürlü olaraq yeridiyi halda yerin dibinə keçrildi…»
(Buxari 10/258)
19. Günah edənin halınınn soruşulmamasını bildirən günahlar: «Cəhənnəmliklərin halını heç soruşma». (əl-Bəqərə 119). 20. Günah edənə Allahın düşmən olması ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç kimsəyə düşmənəm. Mənim adımla söz verim və yerinə yetirməyən insan. Azad bir insanı qul kimi satıb pulunu da yeyən kimsə və bir də işçini öz işi üçün işlətdikdən sonra pulunu verməyən kimsəyə»
(Buxari 4/447)
21. Günah edənin Cənnətin iyini belə hiss etməyəcək: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rizası üçün öyrəniləcək bir elmi sırf dünyaya sahib olmaq üçün öyrənərsə o, kimsə Qiyamət günü Cənnətin iyini də belə hiss etməz»
(Əbu Davud 3647)
22. Günah edənə Veyl kəliməsinin ifadə edilməsi: «Vay halına çəkidə və ölçüdə aldadanların!». (əl-Mutəffifin 1). 23. Günah edənin əməlinin boşa çıxması: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əsr namazını tərk edərsə əməli boşa çıxar»
(Buxari 2/31)
24. Günah edənin Qiyamət günü edə bilməyəcəyi bir işlə mükəlləf edilməsi: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim görmədiyi bir yuxunu gördüm deyə danışarsa Qiyamət günü iki arpa dənəsini bir-birinə dügünləməklə əmr edilir. Lakin o, bunu əsla edə bilməz. Kim bir topluluğun söhbətlətinə onlar istəmədikləri halda oğrun-oğrun qulaq asarsa (öyrənməyə çalışarsa) Qiyamət günü qulaqlarına qurğuşun tökülər. Kim də hər hansı bir canlı şəkil və (heykəl) çəkərsə Qiyamət günü çəkdiklərinə can verilməsi əmr edilər. Lakin o, bunu əsla edə bilməz»
(Buxari «Tabir» 12/427)
Tarix: 15.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar