Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin sallallahu aleyhi və səlləm dəvəsinin adı nə olmuşdur?

Sual: Peyğəmbərin sallallahu aleyhi və səlləm dəvəsinin adı nə olmuşdur?

Cavab: Həmd Allaha məxsusdur.
İmam ibn əl-Qeyyim (Allah ona rəhmət etsin) peyğəmbərin sallallahu aleyhi və səlləm saxladığı heyvanlar bölməsində demişdir:

Saxladığı dəvələrdən birinin adı əl-Qasva idi. Deyilənə görə, həmin dəvə peyğəmbərin sallallahu aleyhi və səlləm hicrət etdiyi dəvədir. Əl-Ədba və əl-Cəda. Bu dəvələr, yəni əl-Ədba və əl-Cəda bir, eyni dəvə idi, yoxsa iki müxtəlif dəvə? Bu barədə müəyyən fikir ayrılığ var. Əl-Ədba yarışda heç zaman məğlub olmayan bir dəvə idi. Sonra bir bədəvi cavan dəvənin üstündə gəlmişdir və yarışda onu keçmişdir. Bu müsəlmanları məyus etmişdir və lakin Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Həqiqətən də Allah təala dünyadan bir şeyi ucaltmamışdır ki, onu mütləq yenidən alçaltmasın”.

Bədr döyüşündə peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Cəhlə məxsus olan dəvəni qənimət götürmüşdü və dəvənin burnunda gümüşü həlqə var idi. O sallallahu aleyhi və səlləm dəvəni Hudeybiyyə günü müşrikləri qəzəbləndirmək üçün onu qurban vermişdi.

Zad əl-Məad 134


Tarix: 06.04.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...