Həyatı
Uşaqlıq və gənclik dövrü
Mürtəza Mütəhhəri 1920-ci ildə Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib. Onun atası şeyx Məhəmmədhüseyn Mütəhhəri dövrünün savadlı və təqvalı ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. 4 il Məşhəddə təhsil aldıqdan sonra gələcəyin böyük ustadı elm ardınca dövrün böyük İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır. M.Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, ayətullah Təbatəbai Burucerdi, imam Xomeyni, əllamə Təbatəbai Təbrizi, Seyyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Hənsari kimi böyük alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsə- fəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.
1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. 1955-ci ildən başlayaraq "Tələbə İslam Cəmiyyəti"ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliy- yətə başlayır. 1959-cu ildə isə Mütəhhəri "Müsəlman Təbiblər Cəmiyyəti"nə vaiz kimi dəvət olunur. Qumda Ayətullah Xomeynidən dərs alan Mürtəza Mütəhhəri böyük ustaddan həm də inqilab ideyalarını əxz etmişdi. Hələ gəncliyindən ictimai- siyasi proseslərə fəal şəkildə qatılan Xomeyninin bu tələbəsi 1962-ci ildən sonra inqilabi proseslərə qoşulur. "15 xordad" (xordad İranda ay adıdır, xordadın 15-də şah hökumətinə qarşı İranda ciddi etiraz aksiyası keçirilir) hadisələrinin əsas təşkilatçısı olur. Eyni zamanda Tehranda müsəlmanlar qarşısında etdiyi çıxışlarda şah hakimiyyətini sərt şəkildə tənqid edir, insanlar arasında İslam inqilabı ideyalarını yayırdı. Məhz sərt çıxışlarına görə 1963-cü ildə həbs olunur. Ancaq az sonra azad edilərək yenidən inqilabi fəaliyyətini davam etdirir.
İnqilabçı ruhani
Bu dövrdə İranda həm də islam inqilabının nəzəri əsasları hazırlanırdı. Əgər İmam Xomeyni Nəcəfdə xaric dərslərində ruhanilərə siyasi İslam hakimiyyətinin nəzəri əsaslarını işləyib hazırlayır və tədris edirdisə, Mürtəza Mütəhhəri Tehranda sadə xalq kütlələri arasında İslam inqilabının ideya və dəyərlərini açıqlayır, cəmiyyəti yeni dövrə hazırlayır, inqilabı xalqın daxilində yaradırdı. Bu həm də dövrün sərt qanunlarına qarşı ideoloji savaş idi. Mütəhhəri bu savaşdan qalibiyyətlə ayrıldı. 1967-ci ildə onun rəhbərliyi ilə Tehranda "İrşad Hüseyniyyəsi" yaradıldı. Bu mərkəz İslam inqilabının ideya bazası oldu.
Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin, Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.
1976-cı ildə Mütəhhəri İraqa gedərək burada sürgün həyatı yaşayan İmam Xomeyni ilə görüşür. Bu həm də inqilabın yeni dönəminin başlanğıcı idi. Bu tarixdən ömrünün sonuna qədər Mürtəza Mütəhhəri İslam inqilabının əsas təşkilatçılarından biri olur. Tehranda şahın devrilməsi ilə sonuclanan böyük xalq üsyanının, İmam Xomeyninin İrana qayıtması hadisəsinin əsas təşkilatçılarından biri Mütəhhəri idi.
Mürtəza Mütəhhərinin bu fəaliyyəti düşmənləri qıcıqlandırırdı. Amma şah tərəfdarları ona qəsd etməyə cəsarət etmirdilər. Ancaq inqilab qələbə çaldıqdan sonra əlləri hər şeydən üzülən düşmənlər quduzlaşırlar. İnqilabın əsas simaları bu dövrdə düşmən əli ilə qətlə yetirildi. Mürtəza Mütəhhəri inqilabın beyin mərkəzi olduğu üçün düşmənlərin əsas hədəfi idi. Beləcə, İslam və əslində mütərəqqi bəşəriyyət cılız düşmənin əli ilə böyük bir şəxsiyyəti itirdi…
Ustadın söylədiyi bu fikirlər isə günümüzlə çox səsləşir: "Zülmə baş əymək və rəhm diləmək o xüsusiyyətlərdəndir ki, Peyğəmbər və Peyğəmbərin vəsiyyət etdiyi adamlar heç vaxt ona itaət etməmişlər; yəni belə hal olmayıb ki, bir yerdə düşmən olduqda, bu iki vəsilədən birinə əl atsınlar; biri bu ki, rəhm diləsinlər, yəni boyunlarını çiyinlərinə qoyub, yalvarıb-yaxarmağa başlasın, iltimas və ahu-nalə etsinlər ki, bizə rəhm edin? İnzilam necə? Yəni zülmə baş əymək də əsla ola bilməzdi. Bunlar bir sıra xüsusiyyətlərdir ki, əziz Peyğəmbər, onun vəsiyyət etdiyi böyüklər və hətta onun məktəbinin yetirməsi olanlar da bu xüsusiyyətlərdən əsla istifadə etməmişlər".[1]
Canlı İslam ensiklopediyası
Mürtəza Mütəhhərinin bu gün dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuş onlarca kitabı qalıb. Onun əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq hər bir kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin "Maddəçiliyə yönəlmənin səbəbləri", "Marksizmə bir tənqid", "İnsan və müqəd- dəratı", "İslami elmlərlə tanışlıq", "Nəhcül Bəlağəyə bir baxış", "İlahi ədalət", "İmamət və rəhbərlik", "İslam və zamanın tələbləri", "Cihad", "Doğruların hekayəsi", "Peyğəmbərin (s) davranışlarına bir baxış", "Nübuvvətin sonu", "İslam elmlərilə tanışlıq", "Quranla tanışlıq", "Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili", "İslam inqilabı haqqında", "İslam cümhuriyyəti haqqında", "Hicab", "İslamda qadın hüququ", "İnsanın ictimai inkişafı", "Məsum imamların əxlaqına bir baxış", "Kamil insan", "İslam iqtisadiyyatı sisteminə bir baxış", "Tarix fəlsəfəsi", "Tövhid", "Nübuvvət", "Məad" və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.
"Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili" əsərində panislamizm cərəyanı və onun mühüm nümayəndələri ilə bağlı məlumat verməklə yanaşı, özünün gördüyü və İslamın dəyərləri baxımından ən ideal din təbliğatı nəzəriyyəsini ortaya qoyub. Bu kitabı heç bir tərəddüdsüz İslamın yeni dövrün tələblərinə uyğun şəkildə təbliği konsepsiyası adlandırmaq olar. Oxşar fikirləri Mürtəza Mütəhhərinin digər əsərləri barəsində də söyləmək olar.
"Peyğəmbərin davranılşlarına bir baxış" əsərində isə Mütəhhəri orta əsrlərdə formalaşmış və bu gün də dünya siyasətinin ana xətti olan "məqsəd vasitəyə haqq qazandırır" tezisini darmadağın edir. Bu əsərdə o, Peyğəmbərin hədisləri və sirəsinə (davranışına) istinad etməklə sübut edir ki, məqsəd ali olduğu qədər, vasitə də yolverilən, bəyənilən olmalıdır. Halbuki artıq bütün dünyada – şərqli, qərbli hər kəsdə belə bir fikir formalaşırdı ki, böyük məqsədlərə nail olarkən əxlaqi dəyərlər o qədər də önəm daşımır. Amma Mütəhhəri İslam fəlsəfəsindən çıxış edərək bu nəzəriyyəni tənqid edir: "Haqq üçün haqdan istifadə etmək lazımdır. Bu sözün mənası budur: Əgər mən bilsəm ki, bir nahaq və doğru olmayan sözü, bir yalanı, bir zəif hədis, özüm yalan olduğunu bildiyim bir hədisi sizə oxusam, lap elə bu gecə sizin bütün günahkarlarınız tövbə edib, hamınız gecə namazı qılan olarsınız, (eyni halda) yenə də islam belə bir iş görməyə icazə vermir. İslam bizə icazə verirmi ki, xalqın imam Hüseynə ağlaması üçün biz yalan deyək və dinləyənlər də bunun yalan olduğunu bilməsin? (Şübhə yoxdur ki, imam Hüseynə ağlamığın da savabı vardır). Əsla icazə vermir. İslamın belə yalanlara ehtiyacı yoxdur. Haqqı batilə qatmaq haqqı aradan aparar. İnsan haqqı batilə qatsa, haqq daha davam edə bilməyib, aradan gedər. Haqq batil ilə yoldaş olub qalmağa dözə bilməz. Dinə müxtəlif sahələrdən zərbə dəyən yollardan biri bu xüsusiyyəti nəzərə almamaqdır ki, hədəfimizin müqəddəsliyi lazım olduğu kimi, bu müqəddəs hədəf üçün istifadə etdiyimiz vəsilələr də müqəddəs olmalıdır. Məsələn, biz yalan deməməli, qeybət etməməli və töhmət vurmamalıyıq; nəinki özümüz üçün, üstəlik dinin xeyrinə də yalan danışmamalıyıq, yəni dinin xeyrinə də dinsizlik etməməliyik, çünki yalan danışmaq dinsizlikdir. Dinin mənfəətinə yalan demək, dinin xeyrinə dinsizlik etməkdir. Dinin mənfəətinə töhmət vurmaq, dinin xeyrinə dinsizlik etmək deməkdir. Dinin xeyrinə qeybət etmək, dinin mənfəətinə dinsizlik etməkdir. Din icazə vermir ki, biz, dinin mənfəətinə olsa da, dinsizlik edək".
Ustad Mütəhhərinin əsərlərindən bu kimi misalları çox çəkmək olar. Faktdır ki, Mürtəza Mütəhhərinin əsərləri kompleks şəkildə İslami həyat tərzi, kamil həyat yaşamaq istəyənlər üçün bir həyat proqramıdır. Belə bir "proqramın" müəllifi özü kamil həyat yaşayıb…
Əsərləri
Azərbaycan dilində
Hicab
İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış
Kamil insan
Peyğəmbərin (s) davranışlarına bir baxış
İslam dunyagörüşü Əbədi həyat
İslam dunyagörüşü İnsan və iman
İnsanı tanımaq
İslam dünyagörüşü - İnsan Quranda
İlahi Ədalət
İslam dünyagörüşü - Əbədi həyat
Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan)
İslam dünyagörüşü - Cəmiyyət və tarix
Nübüvvət
Digər dillərdə
Tohid
Adl -e- Elahi
Nobowat
Ma'ad (The return)
Hamase -e- Husaini
Seiry dar nahj al-balagha
Seiry dar sirey'e a'emeye at-har
Seiry dar sirey'e nabavi
Insan -e- Kamel
Payambar -e- Ommi
Osool -e Falsafa va ravesh -e- Realism
Sharh -e- Manzume
Imamat va rahbary
Dah Goftar
Bist Goftar
Panzdah Goftar
Azadi -e- Ma'navi
Ashneya'ei ba Quran (Being familiar with Quran)
Ayande -e- Enghlab -e- Islami
Ehyaye Tafakor -e- Islami
Akhlagh -e- Jensi
Islam va niazha -ye- Jahan
Emdadhaye gheibi dar zendegi -e- bashar
Ensas va sarenevesht
Panj maghale
Ta'lim va tarbiyat dar Islam
Jazebe va dafe'eye Ali
Jehad
Haj
Hekmat-ha va andarz-ha
Adl -e- Elahi
Nobowat
Ma'ad (The return)
Hamase -e- Husaini
Seiry dar nahj al-balagha
Seiry dar sirey'e a'emeye at-har
Seiry dar sirey'e nabavi
Insan -e- Kamel
Payambar -e- Ommi
Osool -e Falsafa va ravesh -e- Realism
Sharh -e- Manzume
Imamat va rahbary
Dah Goftar
Bist Goftar
Panzdah Goftar
Azadi -e- Ma'navi
Ashneya'ei ba Quran (Being familiar with Quran)
Ayande -e- Enghlab -e- Islami
Ehyaye Tafakor -e- Islami
Akhlagh -e- Jensi
Islam va niazha -ye- Jahan
Emdadhaye gheibi dar zendegi -e- bashar
Ensas va sarenevesht
Panj maghale
Ta'lim va tarbiyat dar Islam
Jazebe va dafe'eye Ali
Jehad
Haj
Hekmat-ha va andarz-ha
Khatemiyat
Khatm -e- Nobowat
Khadamat -e- moteghabel -e- Islam va Iran
Dastan -e- Rastan
Darshaye Asfar
Shesh maghale
Erfan -e- Hafez
Elale gerayesh be madigary
Fetrat
Falsafe -ye- Akhlagh
Falsafe -ye- Tarikh
Ghiam va enghelab -e- Mahdi
Koliyat -e- olume Islami
Goft va gooye chahar shanbe
Masaleye Hejab
Masaleye Reba
Masaleye Shenakht
Maghalate falsafi
Moghadameyi bar jahanbiniye Islami
Nabard -e- hagh va batel
Nezam -e- hoghoghe zan dar Islam
Nazari bar nezame eghtesadiye Islam
Naghdi bar Marxism
Nehzat-haye Islami dar 100 sale akhir
Sexual Ethics in Islam and in the Western World (ing.)
Vela'ha va velayat-ha
Azadegi
Ayineye Jam
Tarix: 24.02.2013 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 621 Bölmə: Maraqlı melumatlar