Sual: Tərk etdiyimiz namazları necə qəza edək?
Cavab:
Həmd Allaha məxsusdur.
Birincisi: Allah təala Ona məlum olan səbəblərdən dolayı ibadətlər üçün xüsusi vaxtlar təyin etmişdir. Biz onların bəzisinə bələdik, lakin onlardan bəziləri bizə gizlidir. İstənilən halda bizim üzərimizə düşən məsuliyyət onlardan möhkəm tutmaqdır. Şəriətdə icazə verilən üzrlər istisna olmaqla o səbəblərə qarşı həddimizi aşa bilmək bizə caiz deyil.
Bir insan namazı buraxarsa, o iki haldan xali olmur:
1. O namazı yuxuya getmək və yaxud unutmaq kimi səbəblərdən dolayı buraxmışdır. Bu halda ona günah yoxdur, lakin oyandıqda və yaxud yadına düşəndə buraxdığı namazı qəza etməlidir.
Ənəs ibn Malikdən radiyallahu anhu rəvayət olunmuşdur ki, peyğəmbər sallallahua aleyhi və səlləm buyurmuşdur: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”. Əl-Buxari (572) və Müslim (684) rəvayət etmişdir. Müslimdə ziyadə var: “Yatıb qalarsa”.
Müslim (684) həmçinin rəvayət etmişdir: “Sizdən kim (namazdan) yatıb qalarsa və ya onu unudarsa (ondan qafil qalarsa), (namaz) yadına düşəndə onu əda etsin. Çünki Allah təala buyurur: “Məni anmaq üçün namaz qıl!” (Ta-Hə 20:14)
2.O namazı heç bir üzr olmadan buraxmışdır; daha doğrusu namazın vaxtı çıxana kimi tənbəllikdən və etinasızlıqdan namazı tərk etmişdir. Müsəlmanların ittifaqı ilə (yekdil rəyi ilə) bu günahdır. Böyük günahlardan böyüyünü etmişdir.
Alimlər arasında olan iki rəydən daha doğru (səhihinə) olanına görə bunu (namazı) qəza etməsi doğru deyil və o tövbə etməli və peşman olmalı, bunu bir daha etməməyə qərar verərək bunda əzmli, qətiyyətli olmalı və çoxlu saleh əməllər görməli və çoxlu nafilə (əlavə) namazlar qılmalıdır.
İbn Həzm demişdir: Namazın vaxtı çıxana kimi namaz qılmağı bilərək, qəsdən tərk edənə gəldikdə, o bunu heç zaman qəza edə bilməz, ona görə də o adam çoxlu xeyirli əməllər etməli və çoxlu nafilə namazlar qılmalıdır ki, onun tərəzisi (yaxşı əməllər) qiyamət günündə ağır gəlsin və o tövbə etməli, Allahdan bağışlanma istəməlidir. Sitatın sonu. (Əl-Muhəllə 2/235)
Bu həmçinin Ömər ibn əl-Xattab və oğlu Abdullahın və Sad ibn Əbi Vaqqas, Salman, İbn Məsud, əl-Qasım ibn Muhəmməd ibn Əbi Bəkr, Bədil əl-Aqili, Muhəmməd ibn Sirin, Mutarrif ibn Abdullah, Ömər ibn Abdul Əzizin rəyidir. Həmçinin Davud əl-Zahiri və İbn Həzm bu rəydə olmuşdur. Şeyx ul-İslam ibn Teymiyyə və əl-Şövkəninin üstün tutduğu rəy də belədir. Müasir alimlərdən əl-Albani, İbn Bəz, İbn Üseymin və digərləri bu rəyi tərcih etmişdirlər.
Onlar aşağıdakıları dəlil olaraq gətirmişdirlər:
Allah təalanın kəlamı (tərcümə mənası): “Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir”. (əl-Nisə 4:103)
Onlar demişdirlər: Namaz üçün təyin olunmuş bir vaxt var və dəlil olmadan bunu başqa bir vaxtda əda etmək olmaz.
Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”.
“Xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”-sözlərinin mənası belədir: Yadına düşdükdən sonra o namazı əda etməkdə tənbəl davranarsa, o zaman bu kəffarə sayılmır, elə isə unutmadan və yaxud yuxuya getmədən bilə-bilə, qəsdlə namaza laqeyd yanaşanın halı necə olar? Hətta daha çox ehtimal var ki, o halda kəffarə təşkil etməyəcəkdir və bu namazı qəza etməsinin ona heç bir faydası olmayacaqdır.
Çünki Allah hər bir fərz namaz üçün məhdud bir vaxt təyin etmişdir, onun başlanğıcını və sonunu müəyyən etmişdir, ona görə də sanki bu namazları həmin müəyyən olunmuş vaxtdan əvvəl, nə də sonra əda etmək səhih deyildir. (Əl-Muhəllə, 2/235)
İbn Həzm demişdir: “Həmçinin, namazı qəza etmək dəlilə əsaslanmaldır və Allah təalanın Öz Rəsulunun sallallahu aleyhi və səlləm dili ilə əmr etdiklərindən başqa bir şeyi şəriətdə buyurmaq olmaz. O kəslər ki “namazı qəsdən tərk edən onu qəza etməlidir”-deyirlər, biz onlardan xahiş edirik ki, bizə söyləsinlər: “Bu (ona qılmasını söylədiyiniz bu namaz) Allah tərəfindən əmr olunmuş namazdır yoxsa başqa bir namazdır? Onlar əgər bunun Allah tərəfindən əmr olunan namaz olduğunu söyləsələr, o zaman biz onlara deyirik: “Elə isə namazı qəsdən tərk edən asi deyil, çünki o Allahın ona buyurduğunu etmişdir və sizin dediyinizə görə bunda bir günah yoxdur və namazın vaxtı çıxana kimi onu qəsdən buraxan insanın üzərində bir qəbahət, günah yoxdur. Bununla belə bu elə bir şeydir ki, heç bir müsəlman söyləyə bilməz. Onlar əgər bunun Allah tərəfindən buyurulan bir namaz olduğunu söyləsələr, o zaman biz deyirik: “Siz doğru söylədiniz və bu kifayətdir, çünki onlar etiraf edirlər ki, onlar ona Allah tərəfindən buyurulmayan bir şeyi etməyi demişdirlər. Sitatın sonu.” (Əl-Muhəllə 2/236)
Namazı qəza etməlidir söyləyənlər, namazı unudan və yaxud yatan ilə qiyas edərək bu rəyə gəlmişdirlər və onlar deyir ki, əgər unudan kəs namazı qəza etməlidirsə, o zaman qəsdən edənin bunu qəza etməsi daha çox güman ediliir.
Mənim cavabım budur ki, iki hal arasında qiyas yoxdur, çünki namazı qəsdən tərk edən günah edir, lakin unudan üçün isə bu hökm tətbiq edilmir, elə isə günah edən ilə günah etməyən arasında qiyas necə ola bilər ki?
Əş-Şəukəni rahiməhullah demişdir:
İbn Teymiyyə demişdir: “Bununla razı olmayanlar-yəni namazı qəza etməlidir söyləyənlər-öz mübahisələrini dəstəkləmək üçün heç bir dəlilləri yoxdur. Onların əksəriyyəti deyir ki, aydın (yeni) bir əmr (dəlilə əsaslanan) olmayınca o bunu qəza etməməlidir, lakin bu vəziyyətdə bu cür əmr yoxdur. Biz namazı qəza etməyin vacibliyi barəsində mübahisə etmirik; daha doğrusu biz qəza olunacaq namazın ondan qəbul olunub-olunmaması, vaxtında əda edilməyən namazın səhih yoxsa səhih olmaması barədə mübahisə edirik. O bu məsələni uzun-uzadı müzakirə etmişdir və Davud və onunla razılaşanlar tərəfindən qeyd olunan rəyi götürmüşdür. Məsələ (iş) onun zikr etdiyi şəkildədir, çünki bu məsələni mən ətraflı tədqiq etmişəm və namazı qəsdən tərk edənin namazı qəza edəcəyinin fərz olmasını bildirən heç bir etibarlı dəlilə rast gəlmədim”. Neyl əl-Əutər (2/26)
Daha üstün (racih) rəy-və Allah daha yaxşı bilir-belədir ki, namazı qəsdən tərk edən onu qəza etməməlidir, əksinə Allahdan bağışlanma istəməli və tövbə etməlidir.
İbn əl-Qeyyim Allah ona rəhmət etsin bu məsələni, münaqişəni ətraflı müzakirə etmişdir və hər iki tərəfin dəlillərini əs-Salət (namaz) adlı kitabında (səh.67-109) yoxlamışdır.
Fayda: Şeyx ul-İslam İbn Teymiyyə demişdir: “Namazı qəza etməlidir deyən alimlər, qəza etməklə həmin insanın günahlarının ondan silinəcəyini demirlər, əksinə onlar deyirlər ki, qəza etməklə onun günah yükü yüngülləşir, lakin namazı buyurulmuş vaxtında əda eməmək və yaxud gecikdirməyin günahı (təxirə salmaq) ya tövbə etmək ya da xeyir əməllər etməkdir ki, günahı silsin və yaxud cəzaya mane olmaq üçün digər şeylər etməkdir. Sitatın sonu”. Minhəc əl-Sünnə (5/233)
Tarix: 06.04.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar