Sual: Zina edən kişinin zina edən qadın ilə evlənməsi onların işlədikləri haram əlaqənin günahına kəffarə sayılırmı? Həmçinin evlilik onları cəzanın olnlara tətbiq olunmasından azad edirmi?
Cavab:Zina edən kişinin zina etdiyi qadın ilə evlənməsi onun işlədiyi haram cinsi əlaqə üçün kəffarə sayılmır. Zinanın kəffarəsi yalnız iki halda olur: Səlahiyyət orqanlarına bu barədə xəbər çatdıqda ya ona cəza tətbiq olnur, ya da zina etdiyi bu əməlinə görə Qüdrətli və Uca Allaha tövbə etməli, davranışını yaxşılaşdırmalı və fitnə və zina yerlərindən uzaq olmalıdır.
Kişinin zina etdiyi həmin qadınlar evlənməsinə gəldikdə isə, kişinin ona evlənməsi haramdır və qadının da ona evlənməsi haramdır. Çünki Allah təala buyurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir”. (Ən-Nur 24:3)
Onlar Allaha səmimi bir peşmançılıq ilə tövbə etsələr və baş verənlərə görə təəsüflənsələr və davranışlarını islah etsələr, başqaları o qadınla evləndiyi kimi (həmin) kişinin o qadına evlənməsində də bir qəbahət yoxdur.
Haram cinsi əlaqədən doğulan uşağa gəldikdə isə, o atasının oğlu hesab edilmir. Bu da Allah rəsulunun sallallahu aleyhi və səlləm sözlərinin ümümiliyinə görədir:
Uşaq doğulduğu döşəyə aiddir və əl-ahir (zinakar) daşqalaq olunmalıdır”. (əl-Buxari ? 6818 və Müslim 1458).
Əl-Ahir haram cinsi əlaqədə olan şəxs mənasını ifadə edir. Yəni, onun uşağı yoxdur, bu hədisin mənasıdır. Hətta kişi tövbə etdikdən sonra zina etdiyi qadınla evlənsə, ilk sudan (yəni haram cinsi əlaqədə meydana gələn məni (sperma)) yaranan uşaq, kişi o uşağın öz oğlu olduğunu iddia etsə də, oğlu sayılmır. Çünki o (uşaq) onun şəriətə əsasən qanuni oğlu deyil.
Fətəvə İsləmiyyə, Şəri cəzalar, cild 6, səh 191-192, DARUSSALAM
Tarix: 06.04.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar