Sual: Bir ay əvvəl Allahın dininə təslim olmuşam və buna görə Allaha həmd, şükür edirəm. Bəzi saleh, imanlı qardaşlar ilə olduğumda özümü güclü hiss edirəm. Bununla belə, başım qarışdığından və yaxud işdən dolayı onlardan ayrıldığımda, ayrı qaldığımda hiss edirəm ki, imanım zəifləyir. Mənə bu barədə nə nəsihət edirsiniz?
Cavab:
Həmd Allaha məxsusdur.
Sizə nəsihətimiz budur ki, xeyirli dostlardan möhkəm tutun və bəzi işlərdən dolayı onları tərk etməli olsanız, o zaman Allahdan qorxun və yadda saxlayın ki, Allah Sübhənahu və Təala hər zaman sizə nəzarət edir, görür və Allah onlardan da böyükdür.
Allah təala buyurur:
“Həqiqətən, Allah sizə nəzarət edir”. (ən-Nisa 4:1)
Allah təala həmçinin buyurur:
“218 O, səni (namaza) duranda da görür,
219 səcdə edənlər içində hərəkət edəndə də”. (əl-Şüəra 26:218-219)
“Qəm yemə, Allah bizimlədir!” (ət-Tövbə 9:40)
Allah hər zaman sizi görür, ona görə də Allahdan qorxun. Bilin ki, siz Onun qarşısındasınız və siz Ona itaət etdiyinizdə və asilik etdiyinizdə də O sizi görür. Ona görə də Allahın əzabından qorxun və Onun qəzəbinə gələcək əməlləri işləməkdən həzər edin.
Allah təala buyurur: “Allah sizi Özündən (Öz əzabından) çəkindirir”. (Ali İmran 3:30)
“Təkcə Məndən qorxun”. (əl-Bəqərə 2:40)
Allaha qarşı sadiq olun və tək olduğunuz zaman, dostlarınız ilə olduğunuz zaman Allahın dinindən möhkəm tutun. Harada olursunuzsa-olun Allah sizin söylədiklərinizi eşidir və etdiklərinizi görür, ona görə də öz ailənizdən və digər insanlardan daha çox Allahdan həya etməlisiniz.
Fətəvə və Məqalət Mutanavviəh li Səməhət əl-Şeyx Alləmə Abduləziz ibn Abdullah ibn Bəzz (Allah ona rəhmət etsin) cild 9, səh.39
Tarix: 04.04.2013 / 22:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar