Sual: 10 aylığında olan südəməri əmzdirirəm və indi yenə hamiləyəm. Hamiləliyimdən dolayı körpəni əmizdirməyi dayandırmalıyammı? Və yaxud hamilə olsam belə əmizdirməyə davam edə bilərəm? Hamilə ikən körpəni əmizdirmək haramdır yoxsa halal? Sualıma tezliklə cavab verəcəyinizə ümid edirəm.
Cavab: Həmd Allaha məxsusdur.
Hamilə ikən südəmər körpəni əmizdirmək məsələsində bacarıqlı, səriştəli və əmin, etibarlı bir həkimə müraciət etmək lazımdır. Həkim körpəni əmizdirməyin dölə və yaxud südəmərə ziyanı olmayacayığını təsdiq edərsə, o zaman buna mane olan heç bir səbəb yoxdur və əmizdirmək olar.
Lakin südəmərə və yaxud dölə zərəri olacağını söyləyərsə, o zaman körpəni əmizdirmək olmaz. Allah daha yaxşı bilir.
Tarix: 05.04.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar