Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I SEVMƏYIN SƏMƏRƏLƏRI

PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I SEVMƏYIN SƏMƏRƏLƏRI:
). Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sevgisindən yalnız onu sevənlər faydalanır və bu səbəblə də belə bir kimsə dünya və axirətdə də xoşbəxtçiliyi əldə edər.
“De ki: Əgər Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və rəhm edəndir”. (Ali imran 31).

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bizim sevgimizə ehtiyacı yoxdur söyləməyimizə bir lüzum yoxdur. Bizim onu sevməyimiz onun məqamını ucaltmaz, sevməməyimiz də onun məqamını və şərəfini alçaltmaz. Necə belə olmasın ki? O, aləmlərin Rəbbinin sevdiyidir. Əksinə ona uyanı Allah sevər və günahlarını bağışlayar.
Bu haqda daha ətraflı danışmaq daha uyğun olardı.

A- PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I SEVMƏK IMANIN ŞIRINLIYINI ƏLDƏ ETMƏYIN SƏBƏBLƏRINDƏNDIR:
Uca Rəbbimiz imanın şirinliyini əldə etmək üçün bir çox səbəblər təqdir etmişdir. Bunlardan biri də Peyğəmbər – sallallahu aleyhi və səlləm – i bütün yaradılmışlardan daha çox sevməkdir. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey var ki, sizdən kimdə olarsa imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rızası üçün bir-birinizi sevmək (sevdiyini yalnız Allah üçün sevən), Allahın küfdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)”(Kəşşaf” 2/181. )
. Elm adamlarının dedikləri kimi: “İmanın şirinliyinin” mənası, itaətlərdən ləzzət almaq, din uğrunda çətinliklərə qatlanmaq və bunu dünyanın keçici mənfəətlərindən üstün tutmaq deməkdir . Bu nə gözəl və nə şərəfli bir meyvədir. Allahım! Bundan bizi məhrum etmə, qəbul et Ey aləmlərin Rəbbi!


B- PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – I SEVƏN AXIRƏTDƏ ONUNLA BILIKDƏ OLACAQDIR:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən bir kimsə Axirətdə onunla birlikdə olacaqdır. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ey Allahın Rəsulu! Qiyamət nə zaman qopacaqdır?” deyə sorşdu. Peyğəmbər: “Vay olsun sənə! Qiyamət üçün nə hazırladın ki?” deyə buyurdu. O: “Mən Allah və Rəsulunun sevgisindən başqa bir şeylər hazırlamadım” dedi. Peğəmbər: “Şübhəsiz ki, sən sevdiklərinlə bərabər olacaqsan” deyə buyurdu. Biz: “Bizdəmi?” dedik. O: “Bəli” deyə buyurdu. Ənəs – radıyallahu anhu – deyir ki: “Müsəlman olduqdan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: “Şübhəsiz ki, sən sevdiklərinlə bərabər olacaqsan” sözündən sevindiyim qədər heç bir şeyə sevinmədim. Mən Allahı, Rəsulunu, Əbu Bəkr və Ömər – radıyallahu anhum – sevirəm. Hər nə qədər onlar qədər əməlim olmasa da onlarla birlikdə olacağımı ümüd edirəm” dedi(Muslim 2032, 2639, Buxari 10/553, H. 6167. )

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: “Kişi sevdiyi ilə bərabərdir” sözündə qəsd, Cənnətdə onunla birlikdə olacaqdır – deməkdir . Allahu Əkbər! Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən kimsənin mükafatı nə qədər çox və böyükdür.

-----------------------
"RƏSULULLAH SEVGİSİ VƏ ONUN ƏLAMƏTLƏRİ" kitabndan


Tarix: 13.04.2013 / 16:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqlı melumatlar
loading...