Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavan qız uşağına hicab taxmaq vacibdirmi?

Sual: Həddi-buluğ yaşına çatmamış gənc qız uşaqları barəsində şəriətin hökmü nədir? Onlar başı açıq bayıra çıxa bilərlərmi? Baş örtüyü olmadan namaz qıla bilərlər?

Cavab: Həmd Allaha məxsusdur.

Uşaqlarını tərbiyə etmək və islamın təlimlərini onlara öyrətmək gənclərin valideynlərinə vacibdir. Valideynlər onlara yalnız bədənləri örtülü halda bayıra çıxmalarını başa salmalıdırlar. Bundan məqsəd fitnədən yayınmaq və onları yüksək əxlaqi davranışlara öyrəşdirməkdir ki, fitnə (cəzbetmə) mənbəyinə çevrilməsinlər. Onlara baş örtüyü ilə namaz qılmaları əmr olunmalıdır. Həddi buluğa çatmayan gənc qızlar baş örtüyü olmadan namaz qılsalar onların namazı doğrudur.

Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Allah həddi buluğ yaşına çatmış başını örtməyən qadının namazını qəbul etmir”.

Bu hədisi əl-Tirmizi, Əhməd, Əbu Davud və İbn Macə rəvayət etmişdir. Səhih əl-Cami 2/1280


Tarix: 06.04.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar
loading...