Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərə getməmiş qadınlara nəsihət

Evlilikləri gecikən qadınlara verəcəyim nəsihət bundan ibarətdir ki, bu qadınlar dua etməklə və itaətlə Allaha tərəf dönsünlər ki, Allah onlara dinindən və əxlaqından razı qalan birini onlara bəxş etsin. Əgər bir insan ixlasla, səmimi qəlbdən və əzmlə, qətiyyətlə Allaha tərəf dönərsə, üz tutarsa, Ondan yardım diləyərsə, duanın qaydalarına riayət edərsə və duanın qəbul olunmasına mane olacaq hər hansı bir şeydən uzaq durarsa, baxın görün Allah Təala bu halda nə buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” [Əl-Bəqərə 2:186]


Tarix: 02.04.2013 / 20:53 Müəllif: *Beyaz_Gul* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar
loading...