Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avropada geylər üçün ilk məscid

Noyabrın 30-da Paris yaxınlığında geylər üçün məscid açılıb. Bu, Avropada geylər üçün açılan ilk məsciddir.

Azadqadin.az-ın Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, məscidi yaradan Ludovic-Mohamed Zaheddir. O, məscidi buddistlərin iqamətgahında, meditasiya otağanda açıb.

Özü müsəlman və gey olan Zahed deyir ki, bura qeyri-ənənəvi seksual orientasiyalı bütün qadın və kişilər, transseksuallar gələ bilər. Bu kiçik otaq rəsmi olaraq Fransada ilk gey və feminist məscidi olacaq.

Fransa müsəlmanlarının liderləri bu layihənin əleyhinədirlər. Layihənin gerçəkləşməsi isə buddist kahinin sayəsində olub. Həmin buddist kahinin özü homoseksualdır və geylərin haqları uğrunda mübarizə aparır.

Əlcəzair əsilli fransalı, 35 yaşlı Zahed birinci namaza 25 müsəlmanın gələcəyini gözləyir.
Ancaq düşünür ki, vaxt keçdikcə gələn çox olacaq. Onun 6 ay əvvəl yaratdığı "Fransanın homoseksual müsəlmanları” assosiasiyasında da əvvəlcə cəmi 6 adam var idi, indi onların sayı 325-dir.

Bu təşkilatın 3 üzvü neçə vaxtdır ki, yeni məsciddə imam olmaq üçün təlim keçir.

Fransa müsəlmanlarının ənənəvi imamları isə bu yeni layihəni İslama zidd hesab edir.

Parisdəki Böyük Məscidin rektoru Dalil Boubakeur deyir: " Bu, müsəlman icmasından kənar olan məsələdir. Bu "məscid” o biri məscidlər sırasına daxil ola bilməz, çünki dinin inkar etdiyi prinsiplər üzərində qurulub”.

Arayış üçün deyək ki, belə məscidlər Cənubi Afrikada, ABŞ-da, Kanadada artıq mövcuddur.
Ancaq Avropada ilk dəfədir ki, yaradılır.

ABŞ-da təsis olunmuş "Müsəlmanlar Tərəqqipərvər Dəyərlər uğrunda” adlı təşkilat Şimali Amerikada 6 belə məscid yaradıb. Bu təşkilatın 1500 üzvü var.




P.S. Bu xəbəri görəndə ilk "dünyanın sonudur..." deyə düşündüm. Sonra ağlıma gəldi ki, niyə təəccüblənirəm ki... Kənddə xəstə qızı zorlayan adam Hacı adını alirsa, Göyçayda Allahın evində sevişən mollalar varsa, "Allahu əkbər" deyib adam başı kəsən terrorist müsəlmanlar varsa, gündə 5 dəfə namaz qılıb amma iş yerində, evində ətrafındakılara qan udduran, rüşvət alan əzazil insanlar varsa, o zaman niyə də cinsini dəyişənlər Allaha ibadət üçün məsçiddə olmasınlar? Yenə bu bədbəxtlər sadəcə özlərinə ziyan verənlərdir, amma yuxarıda qeyd etdiyim insanlar bunlardan daha təhlükəli, çünki başqa insanlara ziyan vururlar...


Tarix: 01.12.2012 / 18:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Maraqlı melumatlar
loading...