Bu tənqidi tələbə vaxtı özüm üçün etmişdim. Bəlkə gənclər üçün faydalı ola bilər. Əgər sizin də özünüzə tənqidiniz varsa şərhdə tənqid edə bilərsiniz.
Hər gecə yerimizə girəndə gəlin hamılıqla həmin günün hesabatını aparaq. Unutmayaq! Allahın Rəsulu (ona və ailəsinə salam olsun) bizə buyurmuşdur: "Hesaba çəkilməzdən əvvəl özünüzü hesaba çəkin". Gəlin özümüzü hesaba çəkək.
Bir neçə il bundan əvvəl, tələbə olanda özümü tənqid etmişdim. Gənc tələbələrə özlərini tənqid etmələri üçün özümə olan tənqidi faydalı olması səbəbi lə sizə təqdim edirəm.
“Özünü tənqid et! Niyə? Çünki həyatı dərindən düşünmürsən. Ağla, ağla, ağla ki, özünə gələsən. Sən bir insan deyilsənmi? Yox, sən həqiqətən də insansan. O insan ki, Allahın ən dəyərli mələkləri ona, yəni insana, yəni sənə səcdə etdilər. Səcdə etdilər ki, həm Allahın əmrlərini yerinə yetirsinlər, həm də ey insan sən Rəbinin yanında üstün bir səviyyəyə çatasan. Amma sən bunu unutdun. Geyinib-kecinməyi, yaxşı mənfəətlər əldə etməyi düşündün. Boş-boş xəyallara daldın və bu xəyallar, həmçinin gələcək barəsindəki uzun-uzadı çatmaq istədiyin, amma çata bilmədiyin arzu və zənlərin səni Rəbbindən uzaqlaşdırdı. Xeyir, bu o demək deyil ki, gələcək barəsindəki həyatınla məşğul olma, gələcəyə, sabaha hazırlaşma. Bu sözümü səhv başa düşmə. Səni Yaradana yaxın olaraq, daima Ona sığınaraq və daima Ondan qorxaraq sabaha hazırlaş. Vallahi yaxşı demişlər, dünən keçdi, heç nə etmədin, bu gün də etməyəcəksən, bu gün də etmədin. Sabah edərəm deyə sabahı gözlədin. Amma sənin sabah dediyin bütün vaxtlarını bu gün ötürdün. Sabaha isə hazırlaşmadın. Sənə bir xəbəri verimmi? Sabaha hazırlığı bu gündən başla. Əgər indi, bu an, bu gün başlamasan sabah heç nə başlamayacaqsan. Çünki, dünən də hansısa bir gün idi.O sənin dediyin bu günlər artıq dünənlərə döndü. Bu gününü də sabahını da dünənlərdə itirdin. Amma hazırlaşmadın sabaha. Daima nəyisə gözlədin. Amma fərqində olmadın. Rəbbinə tövbə et. Ondan bağışlanmanı istə. Yalnız Ona dua et. O səni eşidir. Yalnız dərdini Ona aç, dərdini səndən yalnız O sevincə çevirə bilər. Ruzini yalnız Ondan istə, səni yedirən də, içirən də, qayğına qalan da yalnız Odur. Allahdır. Onu xatırla, Ondan gəldiyini unutma, Ona qayıdacağını unutma. Harada olursansa ol, Allahdan qorx, harada olursansa ol, Allah səni görür və eşidir. Harada olursansa ol, yalnız Allaha dua et. Allahla öz aranda heç bir daşı, ağacı, seyidi, piri, qəbri köməkçi kimi götürmə. Çünki Allahın izni olmadan sizə nə fayda verə bilən olar, nə də zərər verə bilən olar. Allahın rəhmətindən ümidini kəsmə. Allaha ibadət etmək üçün, Ona şükr etmək üçün, Onu zikr etmək üçün Onun doğru yoluna yönəl...”
Tarix: 11.04.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Maraqlı melumatlar