Lakin gəlin qulun dünya və axirət həyatını məhv edə biləcək xəstəliyin necə müalicə olunmasına qayıdaq. Bilmək lazımdır ki, günah və asilik ziyan gətirir və qəlbə gələn bu ziyan müxtəlif gücə malik olan zəhərlərin bədənə gətirdiyi ziyana bərabərdir. Həqiqətən dünya və axirətdə olan istənilən zülmün səbəbi günah və asilikdir.
Valideynlərimizi(Adəm və Həvva) ləzzət, xoşbəxtlik, sevinc və şənlik məkanı olan Cənnətdən nə çıxartdı və bu əziyyət, kədər və bədbəxtçilik məkanına nə gətirdi?
Səma şahlığından İblisi nə çıxartdı? Onu qovulmağa və lənətə nə gətirdi, zahiri görkəmini və daxili dünyasını nə dəyişdi? Ona ən mundar və pis görkəmi nə verdi?
Nəyə görə (Allaha) yaxınlıq qovulmaqla, rəhmət – lənətlə, gözəllik –eybəcərliklə, cənnət – yanar odla, iman –küfrlə, zərif məhəbbət – düşmənçilik və ayrılıqla əvəz edildi? Nəyə görə tərif sözləri, həmd və tövhidin təsdiqi küfr, şirk, yalan və əxlaqsız sözlərlə əvəz edildi? Nəyə görə iman libası küfr libası ilə, şərəfsizlik və asiliklə əvəz edildi? Nəyə görə o Allahın nifrətinə layiq oldu və Onun gözündə belə aşağı düşdü. Uca Allahın ona qəzəbini, Onun əzəmətli nifrət və məhvini nə yaratdı? Onu hər mürtədin və cinayətkarın imamına nə döndərdi? Malik olduğu hörmətdən və ibadətdən imtina edib belə imamlığa razı olmağa onu nə vadar etdi? Allahım bizi Sənin əmrlərinə asi olmaqdan və qadağanlarını aşmaqdan qoru!
Su dağların zirvələrini örtdükdə bütün yer əhlinin batmasına nə səbəb oldu?
Qiyamət gününə qədər digər qövmlərə ibrət üçün üzərlərinə onları çürümüş palma gövdəsi kimi yerə atmış, evlərini və şumlarını dağıtmış, əkinlərini və mal-qarasını məhv etmiş tufanlı külək göndərilmiş Adit qövmünün məhvinə nə səbəb oldu?
Hamısının bir nəfər kimi ürəkləri dəhşətli qışqırıqdan partlayan səmudların ölümünə səbəb nə oldu?
Nəyə görə Lut qövmünün məskəni elə yüksəyə qaldırılmışdı ki, mələklər onların itlərinin hürməyini eşitdilər və sonra çevrilərək alt-üst olundular? Onun sakinləri məhv edildi və sonra göydən daşlarla daşqalaq edildilər. Nəyə görə onlara digər qövmün başına gəlməyən bir necə qorxulu cəzalar gəldi? Həqiqətən bu özlərini onlara oxşadanları da gözləyir və Allahın cəzası zalım qövmdən uzaq deyil!
Şueyb qövmü nəyə görə onlara şiddətli əzab gətirən və başlarına yanan od yağdıran buludun kölgəsində oldu?
Firon və onun qövmünün dənizdə batmasına və ruhlarının oradan cəhənnəm atəşinə keçirilməsinə nə səbəb oldu? Bədənlərinin suda batmasına və ruhlarının odda əzabına nə gətirdi?
Nəyə görə Qarun evi, var-dövləti və ailəsi ilə birlikdə yerə batırıldı?
Nuhdan sonrakı nəsilləri müxtəlif cəza və tam məhvə nə məruz qoydu?
“Ya sin” surəsində qeyd olunan dəhşətli səs eşidən qövmün həlakına və od söndüyü kimi sönmələrinə nə səbəb oldu?
Nəyə görə İsrail oğullarına onların torpağına daxil olaraq kişilərini öldürən, uşaq və qadınlarını girov götürən, evlərini yandıraraq mallarını talan edən əzəmətli millət göndərildi?Nə üçün onlara İsrail oğullarına ikinci dəfə hücüm edərək əllərinə düşən hər kəsi doğramağa, yer üzündə ucalan hər bir şeyi yernən yeksan etməyə icazə verilmişdir? Nəyə görə onlar müxtəlif cəzalara məruz qalırdılar: bəzilərini düşmənlər öldürüb ölkələrini dağıdaraq girov götürdülər, digərləri zalım padşahların zülmünə keçdilər, üçünçülər isə eybəcərləşdirilərək meymun və donuzlara döndərildilər? Sonda, Allah and içib: ”O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi” (əl-Ərəf, 167)
İmam Əhməd deyib: əl-Valid bin Müslim Səfvan bin Əmrdən o da Əbd ər-Rəhman bin Cubeyr bin Nufeyrdan o da atasından rəvayət edir: “Kipr fəth edildikdə onun sakinləri bölüşdürüldü və insanlar bir biri üçün ağlamağa başladılar. Mən orada təklikdə oturub və ağlayan Əbu Dardanı gördüm. Mən soruşdum: “Ey Əbu Darda, Allahın islamı və müsəlmanları ucaltdığı belə bir gündə nə üçün ağlayırsan? O dedi: “Vay olsun sənin halına ey Cübeyr! Qudrətli və Əzəmətli Allahın əmrini yerinə yetirməyən milləti O necə də yüngüllüklə zəlil edir! Bu güclü və digərlərinin üzərində hökmranlıq və mülk sahibi olan millət idi, lakin onlar Allahın əmrlərini yerinə yetirmədilər və onlar sən gördüyün hala düşdülər”.
Imam Əhmədin “Müsnəd”ində Umm Salamın hədisi rəvayət edilir ki, Peyğəmbər (SAV) , deyib: “Mənim davamçılarım açıq-aşkar günah işlədərlərsə Allah onların hamısını əzaba duçar edər”. Umm Salam soruşdu: “Ey Allahın Rəsulu, məgər o zaman onların aralarında saleh insanlar olmayacaq?” O dedi: “Əlbəttə olacaq”. Umm Salam soruşdu: “Bəs onlara nə olacaq” O dedi: “Onlara da digər insanlara olan olacaq, sonra onlar Allahın bağışlanmasını və Onun razılığını əldə edəcəklər”.
Tarix: 12.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Maraqlı melumatlar