Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmat oynamağın hökmü nədir?

Sual: İslam dinində (şəriətdə) şahmat oynamaq barədə hökmün nə olduğunu bilmək istəyirəm?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
“Alimlərin yekdil rəyinə görə şahmat həm batinən, həm də zahirən fərz olan əməllərdən bizi məşğul etdiyi zaman (yayındırdıqda) haram olur. Eləcə də namaz kimi vacibatlar və yaxud özü və ailəsinin məsləhəti (maraqları) üçün zəruri olan hər hansı bir şey və ya yaxşılığı əmr edib pislikdən çəkindirmək və ya qohumluq haqqlarını saxlamaq və yaxud valideynlərə hörmət, vilayət və imamət (rəhbərlik, idarəçilik) işlərindən və bundan başqa digər vacibatları yerinə yetirməkdən yayındırdığında haramdır. Həmçinin, yalan söyləmək, yalan yerə and içmək, aldatmaq, xəyanət, zülm etmək, və yaxud zülmə yardım etmək və ya digər qadağaları (muhərrəmət, haramları) əhatə, ethiva edirsə Müsəlmanların (icmasına) yekdil rəyinə görə bu haramdır. (Məcmu əl-Fətəəvə (Fitvalar Toplusu), 32/218, 240)

Lakin vacibatlardan bizi yayındırmırsa və yaxud haram bir şeyi ehtiva etmirsə o zaman bunun hökmü barədə elm əhli arasında fikir ayrılığı var. Alimlərin cumhuru (Əbu Hənifə, Malik, Əhməd və Şafinin əshabları (çağdaşları)) bunun haram olduğuna hökm etmiş. Haram olduğunu Allahu Təalanın Kitabı və Səhabələrin rəylərinə əsaslandırmışdırlar.

Qurandan dəlilləri:

“90 Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar
şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

91 Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (əl-Maidə 5:90-91)

Qurtubi (Allah ona rəhmət etsin) demişdir: “Bu ayələr qumar olub-olmamasından asılı olmayaraq nərd və ya şahmat oynamağın haram olduğuna dəlalət edir. Çünki Allah Təala içkini (xamrı) haram etdikdə bunun səbəbini izah etmişdir: “Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər”. Ona görə də hər hansı bir oyunun az bir hissəsi çoxa aparırsa və bu oyun oynayanlar arasında düşmənçilik və nifrət yaradırsa və Allahı zikrdən, namazdan çəkindirirsə, bu oyun spirtli içki içmək kimidir, spirtli içki kimi bunun da haram olması vacib olur”. (Əl-Cami li Əhkam əl-Quran, 6/219)

Səhabələrin rəyinə gəldikdə:

Rəvayət olunur ki, Əli ibn Əbi Talib (Allah ondan razı olsun) şahmat oynayan bəzi insanların yanında keçirdi və dedi: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”.(əl-Ənbiya 21:52)

İmam Əhməd demişdir: “Şahmat barədə söylənilən ən səhih, sağlam şərh Əlinin (Allah ondan razı olsun) söylədiyidir”.

Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) şahmat barədə soruşduqda o: “Bu nərddən daha şərlidir” demişdir.

“Nərd” dövrümüzdə triktrak kimi bilinən şeydir. Xüsusi bir stol üzərində oynayırlar. Hədislərdə bunun haram olduğu rəvayət olunmuşdur.

Əbu Davud (4938) Əbu Musa əl-Əşaridən rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kim nərd oynuyarsa Allah və Onun Rəsuluna asilik etmişdir”. (Şeyx Albaninin “Səhih Əbi Davud (4129)” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Müslim (2260) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim nərd
oynayırsa əlini donuz əti və qanına salmış kəs kimidir”.

Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Şafilər və cumhura görə bu hədis nərd oynamağın haram olduğuna dair dəlil, hüccətdir. “Kim nərd oynayırsa əlini donuz ətinə və qanına salmış kəs kimidir” hədisindən qəsd olunan məna budur ki, yəni bunlardan (donuz əti və qanından) yemiş kimidir. Hədisdə ifadə olunan “haramlıq”, “onları yeməyin haramlığına” oxşatma (təşbeh) haramlığıdır”.
Şahmatın qadağan olunması barədə elm əhlinin sözləri:

İbn Qudamə (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın haram olması, nərdin haram olması kimidir”. (əl-Muğni, 14/155)

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın fəsadları nərdin fəsadından daha böyükdür. Nərdin haram olmasına dəlalət edən hər bir şey, bunun şahmatın haramlığına dəlalət dərəcəsi daha böyükdür...Bu İmam Malikin və onun əshabının, Əbu Hənifə və onun əshabının, Əhməd və onun əshabının və Tabiindən cumhurun (əksəriyyətinin) rəyidir...Səhabələrdən hər hansı birinin bunu halal gördüyü və yaxud oynadığı deyə belə bir şey məlum deyil. Allah onları bundan mühafizə etmişdir. Onlara nisbət edilən hər bir şey və Əbu Hureyranın bunu oynadığını söyləyən rəvayətlər Səhabələrə qarşı yalan, iftira və uydurmadır və Səhabələrin həqiqətdə necə olduqlarını (onların halından xəbəri olanlar) bilən kəslər tərəfindən rədd olunur və rəvayətləri kritik yöndən yoxlayan kəslər tərəfindən rədd olunur. Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra ən fəzilətli əsrdə yaşayan nəsil və insanların ən yaxşılarının Allahın zikrindən və namazdan insanları yayındıran, bu yöndən spirtli içkidən daha böyük olan (belə ki real həyatda şahid olduğumuz kimi insanlar buna dalıb gedirlər) bir şeyi oynamağa icazə vermələri necə mümkündür? Necə ola bilər ki, Şəriət qoyan nərdi qadağan etsin, şahmata icazə versin, halbuki şahmatın fəsadları nərddən qat-qat çoxdur...” (Əl-Furusiyyə, 303, 305, 311)

Zəhəbi (Allah ona rəhmət etsin) demişdir: “Şahmata gəldikdə, elm əhlinin cumhuru bunu oynamağın haram olduğunu söyləmişdir, istər pul ilə və ya pulsuz oynasınlar fərq etməz. Pul ilə oynadıqda o zaman şübhəsiz ki, bu qumardır. Hətta pul üçün oynamasalar belə, elm əhlinin cumhuruna görə bu yenə də qumardır və haramdır...Nəvəvidən (Allah ona rəhmət etsin) şahmat oynamaq, bunun haram və halal olduğu barədə soruşdular? O (Allah ona rəhmət etsin) belə cavab vermişdir: “Bunu oynamaq namazı vaxtında əda etməkdən çəkindirirsə və yaxud pul üçün oynanılırsa, o zaman bu haramdır. Yalnız Şafilərə görə məkruh və digərlərinə görə isə haramdır...” (Əl-Kəbəir 89-90)

Bu barədə daha ətraflı məlumat üçün Əl-Acurinin “Təhrim əl-Nərd vəl Şatranc vəl Məlaahi” əsərinə baxın. Təhqiq (araşdıran) edən Muhamməd Səid İdris.

Daha doğrusunu Allah bilir. Allaha dua edirik ki, bizi sevdiyi və razı qaldıqlarını etməyə, Ona itaətdə əməl etməyə bizi müvəffəq etsin.

Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.


Tarix: 03.04.2013 / 22:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Maraqlı melumatlar
loading...