Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətullah Gülən

M.Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (d. 27 aprel 1941, Ərzurum ilinin, Pasinlər, Qorucuq, Türkiyə) – alim, mütəfəkkir, natiq, yazıçı və şair. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir.[1] 1999-cu ildə xəstəliyi ilə əlaqədar ABŞ-a gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır.

Dini elmləri Ərzurumun böyük alimlərindən öyrənmiş, qəlbindəki elm eşqi ilə tarix, fəlsəfə, sosiologiya və sənət kimi digər elm sahələri ilə də məşğul olmuşdur.Mündəricat
1 Həyatı
2 Nəşr olunan əsərləri
3 Kitablaşdırılmış müsahibələri
4 Haqqında təşkil olunan elmi konfranslar
5 Layiq görüldüyü bəzi mükafatlar
6 Bəzi kitablara yazdığı ön sözlər
7 Fəthullah Gülən və Hərəkatı haqqında araşdırmalar
8 İstinadlar


Həyatı

1941-ci ildə Türkiyənin Ərzurum ilinin Qorucuq köyündə anadan olub.

1959-cu ildə Türkiyə Cümhuriyyəti Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Qırxlareli, İzmir, Ədrəmit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar xalqda dərin bir həyəcan, milli-mənəvi dəyərlərə etimad, xidmət eşqi və şövqü meydana gətirmiş, Anadolu insanının sevgisini, ehtiram və hüdudsuz etimadını qazanmışdır.

M.F.Gülənin yeni yetişən nəsillərin qəlblə ağlın bütövlüyü içində, ümumbəşəri insani dəyərlər çərçivəsində təhsili və gələcəyə hazırlanması perspektivində irəli sürdüyü fikirlər Anadolu insanına üfüq açmışdır. Məhz Gülənin təşviqi ilə 1990-cı illərdə ilk öncə Türkiyədə, Sovet İttifaqının dağılması ilə də ilki Azərbaycanda olmaqla Orta Asiya ölkələrində və sonra da dünyanın yüzdən çox dövlətində təhsil müəssisələri açılmışdır.

İdeyası, fikri memarlığı və təşviqi Fəthullah Gülənə aid olan bu müəssisələrin təhsildə və beynəlxalq olimpiadalarda qazandığı uğurlar başda Türkiyə olmaqla fəaliyyət göstərdikləri bütün ölkələrdə yüksək səviyyəli dövlət rəsmilərinin, sosioloqların, tanınmış idmançı və incəsənət xadimlərinin, alimlərin, mətbuat orqanları, sivil toplum qurumlarının (QHT-lərin) və xalqın rəğbətini, təqdir və minnətdarlığını qazanmışdır. Təhsildə əldə olunan müvəffəqiyyətlər Türkiyə və dünya ictimaiyyətinin diqqətini Fəthullah Gülənə və "Könüllülər Hərəkatı" adlandırılan xidmətlərə yönəltmişdir.

90-cı illərdə Türkiyədə gərginlik və qütbləşmə get-gedə artmağa başlamışdı. 1994-cü ildə Fəthullah Gülənin fəxri sədrliyi ilə qurulan, insanlığı ümumbəşəri sülhə yönəltməyi qarşısına məqsəd qoyan Gazeteciler ve Yazarlar Vakfının (Jurnalistlər və Yazarlar Vəqfi) açılışı, burada müxtəlif dünyagörüşünə malik insanların iştirakı, Fəthullah Gülənin çıxışının doğurduğu əks-səda həm diqqəti onun fikirlərinə yönəltmiş, həm də Türkiyədəki gərgin ab-havanın yumşalmasına və əmin-amanlığın bərqərar olmasına böyük töhfə vermişdir. Fəthullah Gülənin təşviqi ilə Vəqfin nəzdində təşkil edilən "Abant Platforma"ları ixtilafa səbəb olan mövzularda fərqli fikirlərə malik ziyalıları bir masa ətrafında birləşdirmişdir.

90-cı illər eyni zamanda bütün dünyada mədəniyyətlər və dinlərarası qarşıdurmalardan, münaqişələrdən də bəhs edilən illər idi. Türkiyədə müxtəlif təbəqələr arasında təşkil olunan dəyirmi masa, qarşılıqlı müzakirə, birgə konfranslar təcrübəsini fərqli dinlərin nümayəndələri arasında da təsis etmək istəyən Fəthullah Gülən dialoq və hər kəsi öz mövqeyində öz dəyərləri ilə qəbul etmə mənasında xoşgörü (tolerantlıq) fəaliyyətlərini başlatmışdır. Bu məzmunda Türkiyədə müxtəlif dinlərin görkəmli nümayəndələrini ziyarət edən, onları qəbul edən Fəthullah Gülən fərqliliyə baxmayaraq birgəyaşayışın və qarşılıqlı anlayışın mümkünlüyünü dilə gətirmişdir.

Bu fikir və fəaliyyətləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən Fəthullah Gülən 1997-ci ildə Amerikada ADL Rəhbəri Abraham Foksman (Abraham Foxman), Xristianlar arasında böyük nüfuzu olan Kardinal Con Okonnor (John O’Connor) və 1998-ci ildə Vatikanda Papa II Jan Paulla (John Paul) görüş keçirmişdir. Bu görüşlər mədəniyyətlər və dinlərarası ittifaq və dialoqa böyük töhfə vermişdir. 1999-cu ildə müalicə üçün getdiyi Amerikada 11 Sentyabr hadisəsindən sonra söylədiyi "Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz" sözü də dünya ictimaiyyətində güclü əks-səda doğurmuşdur.

Fikirləri və aksiyonu bütün dünyada maraqla qarşılanmış, şəxsiyyəti və əsərləri araşdırma və müzakirələrin başlıca mövzusuna çevrilmişdir. Artıq onun ideyaları böyük mütəfəkkirlərlə müqayisəyə, fikirləri Amerikanın əyalət senatlarında, Londonun Lordlar Palatasında, Rusiyanın Dövlət Dumasında müzakirəyə, əsərləri əcnəbi ölkələrin məşhur universitetlərində onun adına açılmış kafedra və institutlarda tədqiqata cəlb edilir, aksiyonu müxtəlif dövlətlərdə təşkil olunan konfranslarda araşdırılır. Başda Amerika, Türkiyə, Rusiya, İtaliya, Ukrayna və s. ölkələri olmaqla bir çox dövlətlərin nüfuzlu televiziya, jurnal və qəzetləri ondan müsahibələr alır, sülh, sevgi və qardaşlıq mövzusunda keçirilən beynəlxalq konfranslar onun fikirlərinə, məsləhətlərinə müraciət edir.

Başda "Dünyanın yaşayan ən böyük intellektual insanı" (2008-ci ilin iyun ayında ABŞ-ın məşhur "Foreign Policy" jurnalının internetdə keçirdiyi "Dünyanın yaşayan ilk 100 intellektual insanı" adlı sorğunun qalibi olaraq) olmaqla bir çox mükafatlara layiq görülmüşdür. Səhhətindəki problemlərinə görə hazırda Amerikada yaşayan M. Fəthullah Gülən tirajı milyonları keçən səsli, görüntülü və yazılı əsərləri ilə Türkiyənin ən çox izlənilən və oxunan mütəfəkkiridir. Müxtəlif jurnal və qəzetlərdə çox sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi cavablarını əks etdirən maqnitofon və video qeydləri vardır.

Nəşr olunan əsərləri
Fatiha Üzerine Mülahazalar, Nil Yayınları.
Kur’ân’dan İdrake Yansıyanlar, Nil Yayınları.
Sonsuz Nur 1- İnsanlığın İftihar Tablosu Hayatı, Nil Yayınları.
Sonsuz Nur 2- İnsanlığın İftihar Tablosu Hayatı, Nil Yayınları.
Sonsuz Nur 3- Sünnetin Tesbiti ve Teşri’deki Yeri, Nil Yayınları.
Kalbin Zümrüt Tepeleri 1-4, Nil Yayınları.
İnsanın Özündeki Sevgi, Ufuk Yayınları, 2003.
Asrın Getirdiği Tereddütler 1-4, Nil Yayınları, 1983-2002.
Ölüm Ötesi Hayat, Nil Yayınları.
İrşad Ekseni, Nil Yayınları.
Varlığın Metafizik Boyutu 1-2, Nil Yayınları.
İla-yi Kelimetullah veya Cihad, Nil Yayınları, 1996.
Yaratılış Gerçeği ve Evrim, Nil Yayınları.
Kırık Testi, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2002.
Sohbet-i Canan (Kırık Testi 2), GYV Yayınları, 2003.
Gurbet Ufukları (Kırık Testi 3), GYV Yayınları, 2004.
Ümit Burcu (Kırık Testi 4), GYV Yayınları, 2005.
İkindi Yağmurları (Kırık Testi 5), GYV Yayınları, 2006.
Diriliş Çağrısı (Kırık Testi 6), GYV Yayınları, 2007.
Ölümsüzlük İksiri (Kırık Testi 7), GYV Yayınları, 2008.
Vuslat Muştusu (Kırık Testi 8), GYV Yayınları, 2008.
Kalb İbresi (Kırık Testi 9), GYV Yayınları, 2010.
Kitap ve Sünnet Perspektifinde Kader, Nil Yayınları, 1996.
İnancın Gölgesinde 1-2, Nil Yayınları, 1991-1992.
Fasıldan Fasıla 1-4, Nil Yayınları.
Fikir Atlası (Fasıldan Fasıla 5), Nil Yayınları..
Enginliğiyle Bizim Dünyamız (İktisadî Mülâhazalar), Nil Yayınları.
Prizma 1-4, Nil Yayınları.
Kendi İklimimiz (Prizma 5), Nil Yayınları.
Yol Mülâhazaları (Prizma 6), Nil Yayınları.
Zihin Harmanı (Prizma 7), Nil Yayınları.
Çizgimizi Hecelerken (Prizma 8), Nil Yayınları.
Mealli Dua Mecmuası (Me’surat), Nil Yayınları, 2000.
El-Kulûbu’d-Dâria (Yakaran Gönüller), Define Yayınları, 2005.
Ramazan Ufku Seti (2 Kitap ve 2 CD), Işık yayınları, 2007.
Çekirdekten Çınara, Nil Yayınları, 2002.
Çocuğun Dini Eğitimi (Dinimi Öğreniyorum Seti 4), Nil Yayınları.
Tekellüm 1-5 (Arapça Öğretim Seti), Nil Yayınları, 1998.
Hitap Çiçekleri, Nesil Yayınları, 1997.
Vaaz Külliyatı 1-2-3 (33 CD), Nil Yayınları.
Çağ ve Nesil, Nil Yayınları, 1982.
Buhranlar Anaforunda İnsan (Çağ ve Nesil 2), Nil Yayınları, 1986.
Yitirilmis Cennette Doğru (Çağ ve Nesil 3), Nil Yayınları, 1988.
Zamanın Altın Dilimi (Çağ ve Nesil 4), Nil Yayınları, 1992.
Günler Baharı Soluklarken (Çağ ve Nesil 5), Nil Yayınları, 1994.
Yeşeren Düşünceler (Çağ ve Nesil 6), Nil Yayınları, 1997.
Işığın Göründüğü Ufuk (Çağ ve Nesil 7), Nil Yayınları, 2001.
Örnekleri Kendinden Bir Hareket (Çağ ve Nesil 8), Nil Yayınları, 2004.
Sükûtun Çığlıkları (Çağ ve Nesil 9), Nil Yayınları, 2008.
Ölçü veya Yoldaki Işıklar 1-4, Nil Yayınları, 1985-1992.
Beyan, Nil Yayınları.
Dua Ufku, Nil Yayınları.
Kalbin Solukları, Nil Yayınları.
Ruhumuzun Heykelini Dikerken, Nil Yayınları.
Kendi Dünyamıza Doğru (Ruhumuzun Heykelini Dikerken 2), Nil Yayınları.
Renklerin Diliyle, Nil Yayınları, 2004.
Hüzmeler ve İktibaslar, Nil Yayınları, 1997.
Renkler Kuşağında Hakikat Tomurcuklar, Nil Yayınları, 1995.
Kırık Mızrap 1-2, Nil Yayınları, 1991-2000.
Kuran’ın Altın İkliminde, Nil Yayınları, 2010

Kitablaşdırılmış müsahibələri
Nuriye Akman, Gurbette Fethullah Gülen, Zaman Kitap, 2004.
Nevval Sevindi, Fethullah Gülen ile New York Sohbeti, Sabah Kitapçılık, 1997.
Mehmet Gündem, Fethullah Gülen’le 11 Gün, Alfa Basım Yayım Dağıtım, 2005.
Eyüp Can Sağlık, Fethullah Gülen Hocaefendi ile Ufuk Turu, Milliyet Yayınları, 1981-2009.
Nevval Sevindi, Fethullah Gülen ile Global Hoşgörü ve New York Sohbeti, Timaş Yayınları, 2002.
İsmail Ünal, Fethullah Gülen’le Amerika’da Bir Ay, Işık Yayınları, 2001.
Osman Özsoy, Fethullah Gülen Hocaefendi ile Canlı Yayında Gündem, Alfa Basım Yayım Dağıtım, 1998.
Bilinmeyen Yönleriyle Fethullah Gülen – 2 CD, 32. Gün, Show TV, 1999.

Haqqında təşkil olunan elmi konfranslar
12/11/2005: ABŞ, Rays (Rice) Universiteti, "Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı" (I).
12/11/2005: ABŞ, Çikaqo, "Gülən Hərəkatı və Dinlərarası Dialoq".
25-26/11/2005: Avstraliya, Melburn (Melbourne), "İslam, fərdi təhlükəsizlik və əcnəbi düşmənçiliyi".
05/11/2006: ABŞ, Oklahoma, Rays (Rice) Universiteti, "Müasir Dünyada İslam: Düşüncə və Praktikada Fəthullah Gülən Hərəkatı" (II).
25/10/2007: Böyük Britaniya, Lordlar Palatası, "Dəyişən İslam Dünyası: Fəthullah Gülən Hərəkatının Töhfələri".
22/11/2007: Hollandiya, Rotterdam, Erasmus Universiteti, "Sülh Şəraitində Birgəyaşayış: Müasir Dünyada Fəthullah Gülənin Sülh Təşəbbüsləri".
09/04/2008: ABŞ, Dinlərarası Dialoq İnstitutu, "Allahın Adı ilə Zorakılığı Qınama: İslam Nümunəsi".
07/06/2008: Tayvan, Taybey, "İslam Mədəniyyəti və Düşüncəsi".
02/11/2008: Misir, Rus alimlərinin Gülən Hərəkatı ətrafında müzakirəsi.
10/11/2008: Almaniya, Mədəniyyətlərarası Dialoq Dərnəyi, "Mədəniyyətlərarası Dialoqun Təşviqçisi – Fəthullah Gülən".
14/11/2008: ABŞ, Corctaun (Georgetown) Universiteti, "Qlobal Sınaqlar Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektiv­ləri".
28/02/2009: Qırğızıstan, Bişkek, "Yusif Xas Hacibdən Fəthullah Gülənə Dialoq və Tolerantlıq".
07/03/2009: ABŞ, Luziana (Louisiana) Universiteti, "Müasir Dünyada İslam: Düşüncədə və Praktikada Gülən Hərəkatı" (III).
27/04/2009: Konqo, "Dialoq Fəthullah Gülən Hərəkatının İslamdakı Praktikası və Fikirləri Aspektindən".
23/05/2009: Qırğızıstan, "Türk Mütəfəkkirlərinin Nəsihətləri və Vəsiyyətləri" (Kaşğarlı Mahmuddan F. Gülənə Türk Mütəfəkkirləri).
26/05/2009: Almaniya, Potsdam Universiteti, "Ənənə və Müasirlik Arasında Müsəlmanlar – Mədəniyyətlər arasında Körpü – Gülən Hərəkatı".
18/06/2009: Vaşinqton, CSIS, "Gülən Hərəkatı" mövzusunda toplantı.
15/07/2009: Avstraliya, Melburn (Melbourne) Katolik Universiteti, "Fəthullah Gülən" Konfransı.
19/10/2009: Misir, Qahirə, Ərəb Birliyinin Binası, "‘İslam Dünyasında İslahın Gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə Müqayisəli Təcrübələr".
25/10/2009: Kanada, "Daha Gözəl Bir Dünya Naminə: Gülən Hərəkatının Töhfəsi".
29/10/2009: Mariland (Maryland) Universiteti, "Dünya Sülhünün Bərqərar Olmasına Gülən Hərəkatının Töhfələri".
30/10/2009: Kolumbiya, "Fəthullah Gülən Hərəkatı" konfransı.
07/11/2009: Tanzaniya, "Düşüncə və Praktikada Fəthullah Gülən" konfransı.
07/11/2009: Almaniya, Köln, "Dalay Lama, Fəthullah Gülən və Marşal Rozenberqə (Marschall Rosenberg) Görə Zorakılıqdan Uzaq Ünsiyyət".
16/01/2010: İordaniya, Amman, "Müasir İslami Düşüncələr və Dünya Sülhünə Qatqısı: Fəthullah Gülən Təcrübəsi".
5-7/03/2010: Almaniya, Berlin "Mənəviyyat və Təhsil (F. Gülənin Fikir və Təliminin Müzakirəsi)".
16-18/03/2010: Hollandiya, Dialoq Akademiyası, "Gülən Hərəkatının Ümumi Analizi" adlı beynəlxalq konfrans.
20/03/2010: Hollandiya, Amsterdam, Vrij Universiteti, "Mövlana Cəlaləddin Rumi və Fəthullah Gülənin Sülh Təşəbbüsləri".
20/03/2010: Litva, "Mədəniyyətlərin Dialoqu – Dialoq Mədəniyyəti".
26/03/2010: Norveç, "Sülh Şəraitində Birgəyaşayış Sənəti: Gülən Hərəkatı Timsalında".
31/03/2010: CAR, "Könüllülər Hərəkatı".
29/03-6/04/2010: İndoneziya, "Amerikada Gülən Hərəkatının Fəaliyyətləri".
10/04/2010: Uqanda, Kampala, "Fəthullah Gülən və Qlobal Sülh".
21/04/2010: Kanada, Ottava, Fəthullah Gülənin "Mənəviyyat Yönümlü Demokratiya" anlayışının müzakirəsi.
9/06/2010: Almaniya, Boçhum Universiteti "Avropa Konteksində Gülən Hərəkatı – Şimali Ren Vestfalya Əyalətinə Baxış".
9/06/2010: Ukrayna, "Fəthullah Gülənin Fikirlərinin Humanizm Ənənəsinin Aktuallığı Müstəvisində Müzakirəsi".
7/10/2010: Hollandiya, Amsterdam, Feliks Meritiks konqres mərkəzi, Dialoq Akademiyası, "Gülən Hərəkatının Ümumi Analizi" adlı beynəlxalq konfrans.
26/10/2010: İndoneziya, "Fəthullah Gülənin təhsil modeli" adlı beynəlxalq konfrans.
28/10/2010: Qırğızıstan, "Sülh və Dialoqun Memarları".
11-13/11/2010: Amerika, Çikaqo, "Lokal Fəaliyyətlərdən Qlobal Xidmətə".
29/11/2010: Almaniya, Frankfurt, "İnsana Xidmət: Təhsil və Mənəviyyat".
26/01/2011: Kanada, Toronto, Mədəniyyətlərarası Dialoq İnstitutu, "Gülənin Təhsil Vizyonu".
25-26/03/2011: Albaniya, Tirana, "Gülən Hərəkatı".
28/03/2011: Danimarka, "Dünyagörüşlər Arasında Dialoq və Xidmət Hərəkatı".

Layiq görüldüyü bəzi mükafatlar
1995. Türk Ocaqları Vəqfi "Nihal Atsız Türk Dünyası Xidmət Mükafatı" (Türk Ocakları Vakfı "Nihal Atsız Türk Dünyası Hizmet Ödülü")
1995. Mehmetcik Vəqfi "Təşəkkür Ordeni" (Mehmetçik Vakfı "Teşekkür Beratı")
1996. Türk Sənayeçi və İşadamları Vəqfi (TÜSİAV) "Xoşgörü Mükafatı" (Türk Sanayici ve İşadamları Vakfı (TÜSİAV) "Hoşgörü Ödülü")
1997. Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) "Türk Dünyasına Xidmət Mükafatı" (Yazarlar ve Sanatçılar Vakfı (TÜRKSAV) "Türk Dünyasına Hizmet Ödülü")
1997. Türk Təhsil-Sen "24 Noyabr Təhsil Özəl Mükafatı" (Türk Eğitim-Sen "24 Kasım Eğitim Özel Ödülü")
1998. "Türk 2000-lər Vəqfi Mükafatı" ("Türk 2000’ler Vakfı Ödülü")
1998. "Hamdullah Süphi Tanrıövər Türk Ocaqları Kültür Ərməğanı" ("Hamdullah Suphi Tanrıöver Türk Ocakları Kültür Armağanı")
1998. "İpəkyolu Vəqfi Mükafatı" ("İpekyolu Vakfı Ödülü")
2001. Türkiyə Yazıçılar Birliyi "Üstün Xidmət Mükafatı" (Türkiye Yazarlar Birliği "Üstün Hizmet Ödülü")
2007. "Dünyanın Ən Böyük İntellektual insanı" "Forein Polays" ("Dünyanın En Büyük Entelektüel İnsanı" Foreign Policy)\
2010. Lids Metropoliten Universiteti (İngiltərə) "Fəxri Doktorluq" (Leeds Metropolitan Üniversitesi (İngiltere)"Fahri Doktora Ünvanı")

Bəzi kitablara yazdığı ön sözlər
Bir Başka Açıdan İlim ve Din, "Tarih Boyunca İlim ve Din" (heyet) kitabına, 1998.
Birleşme Noktaları, "Sulh Çizgisi" (İbrahim Canan) kitabına, T.Ö.V., 1979.
"Bir Ah Yüceliği" (Ahmet Ersöz) kitabına, 2001.
"Önden Giden Atlılar" (Harun Tokak) kitabına, Ufuk Kitapları, 2007.
"Türkiye’nin Kimlik Arayışı 1" (Hüseyin Gülerce) kitabına, Marifet Yayınları, 1998.
"Islamic Perspectives On Science", 1 məqalə, Kaynak Yayınları, 1998.
"Alvarlı Efe Hazretleri: Hace Muhammed Lutfi Efendi" (Ahmed Ersöz) kitabına, Nil Yayınları, 1991.
"İlim ve Din – Yeni Bir Bakış Açısıyla" (Selim Aydın ve dig.) kitabına önsöz, Nil Yayınları, 1998.
"Muhakemat Üzerine Sadeleştirme ve Açıklama" (Abdullah Aymaz), Şahdamar Yayınları.
"110 Soruda Yaratılış ve Evrim Tartışması" (Arif Sarsılmaz), Altın Burç Yayınları.
"Ben Türkiye’deyken (Okyanus Ötesinden Gelen Misafirler)" (Sıtkı ÖZCAN), Kaynak Yayınları.

Fəthullah Gülən və Hərəkatı haqqında araşdırmalar
Ali Ünal, Bir Portre Denemesi, Nil Yayınları, 2002.
Lâtif Erdoğan, Küçük Dünyam: Fethullah Gülen Hocaefendi, Milliyet Yayınları, 1999.
Murat Alptekin, Gurbetteki Öğretmen M. Fethullah Gülen, Muştu Yayınları, 2008.
Abdullah Aymaz, Diyalog Adımları, Gazeteciler ve Yazarlar Vakfı Yayınları 2003.
Ahmet Taşgetiren, Bir Gönül İnsanı, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Ali Bulaç, Din – Kent ve Cemaat Fethullah Gülen Örneği, Ufuk Kitapları, 2008.
Ali Ünal, Advocate of Dialogue: Fethullah Gulen, Fountain Pub., New Jersey, 2000.
Prof. Dr. Faruk Beşer, Fethullah Gülen Hoca Efendinin Fıkıhını Anlamak.
Faruk Mercan, Fethullah Gülen’in Sıradışı Hayatı: ABD’de Geçirdiği Dokuz Yılın Hikayesi, Doğan Kitapçılık, 2008.
Faruq Mərcan, Fəthullah Gülən,Yənbu, 2011.
Fehmi Koru, Yerli ve Özgün: Nobellik Bir Öykü, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Ferhat Barış, Maskeli Balon Medyatik Bir İnfazın Anatomisi, Timaş Yayınları, 1999.
Küresel Barışa Doğru (Kozadan Kelebeğe 3), GYV Yayınları, 2002.
Hüseyin Gülerce, İslam‘ın Gülen Yüzü, GYV Yayınları, 2004.
İ.Adil Sönmez, Fethullah Gülen Gerçeği: Hukuki Gerçekler Işığında Hoşgörü ve Uzlaşma Aksiyonu Hakkında Bir İnceleme, Kaynak Yayınları, 1998.
Prof. Dr.İbrahim Canan, Fethullah Gülen’in Sünnet Anlayışı, Ufuk Yayınları, 2007.
John L.Esposito, M. Hakan Yavuz, Turkish Islam and the Secular State: The Gülen Movement, Syracuse University Press, Syracuse, New York, 2003. Çeviri: Laik Devlet ve Fethullah Gülen Hareketi, Çeviren: İbrahim Kapaklıkaya, Gelenek Yayınları, 2005.
Mehmet Akar, Gül Adam, Timaş Yayınları, 2001.
Mustafa Armağan (editör), Diyaloğa Adanmış Hayat: Aydınların Kaleminden Fethullah Gülen (Kozadan Kelebeğe 2), Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2002.
Mustafa Armağan (editör), Medya Aynasında Fethullah Gülen (Kozadan Kelebeğe) Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 1999.
Nuh Gönültaş, Gurbet Lahikası, Samanyolu Yayıncılık, 2008.
Robert A.Hunt, Muslim citizens of the globalized world: contributions of the Gülen movement, The Light Inc, New Jersey, 2007. Çeviri: Küresel Barışa Katkılarıyla Gülen Hareketi, Ufuk Yayınları, 2007.
Selçuk Camcı, Kudret Ünal, Fethullah Gülen’in Konuşma ve Yazılarında Hoşgörü ve Diyalog İklimi, Merkür Yayıncılık, 1999.
Şahin Alpay, Gülen’in Katkısı, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, 2004.
Taha Akyol, Asya’daki Türkiye, Gazeteciler ve Yazarlar Vakfı Yayınları 2004.
Doğu Ergil, 100 Soruda Fethullah Gülen ve Hareketi, Timaş Yayınları. 2010.
Prof.Dr.İbrahim Canan, Fethullah Gülen Hocaefendi’nin Sünnet Anlayışı, Nil Yayınları, 2010.
Yrd.Doç.Dr.İsmail Albayrak, Fethullah Gülen Hocaefendi’nin Tefsir Anlayışı, Nil Yayınları, 2010.
Prof.Dr.Suat Yıldırım, Fethullah Gülen’in Kur’an-ı Hakim’e Yaklaşımı, Nil Yayınları, 2010.
Selman Ünlü, M. Fethullah Gülen’in Eserlerinde Dua, Işık Akademi Yayınları.
İ.Adil Sönmez, Fethullah Gülen Gerçeği, Kaynak Kitaplığı.
M.Enes Ergene, Gülen Hareketinin Analizi: Geleneğin Modern Çağa Tanıklığı, Yeni Akademi Yayınları, 2006.
Ertuğrul Hikmet, Himmeti Milleti Olan İnsan M.Fethullah Gülen, Işık Yayınları.
Osman Şimşek, İbretlik Hatıralar (M.Fethullah Gülen’in Ruh Dünyasına Ayna), Işık Yayınları.
Heyet, Gülen Hareketi Farklı Seslerin Âhengi (Gülen Hareketi İncelemeleri- 1), Işık Yayınları.
Heyet, Uzlaşı Kültürü (Gülen Hareketi-2), Işık Yayınları.
Heyet, Sağduyu Çağrısı, Işık Yayınları.
B. Jill Carroll, Medeniyetler Diyaloğu (Gülen’in İslami Öğretisi ve Hümanist Söylem), Mavi Ufuklar.
B. Cill Carroll, Mədəniyyətlər Dialoqu (Gülənin İslam Təlimi və Humanizm Anlayışı), Yənbu. (Azərbaycan dilində)
Heyet, Barış Köprüleri (Dünyaya Açılan Türk Okulları), Mavi Ufuklar.
Selçuk Camcı, Kudret Ünal, Hoşgörü ve Diyalog İklimi, Merkür Yayınları.
Davut Aydüz, İki Çarpıtma Örneği, Merkür Yayınları.
Helen Rose Ebaugh, Gülen Hareketi, İnanç Tabanlı Bir Sivil Toplumsal Hareketin Sosyolojik Analizi, Dogan Kitap.


Tarix: 26.02.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1621 Bölmə: Maraqlı melumatlar
loading...