Çünkü sən mükafatını yalnız Allahdan gözləyənlərdənsən
Bütün yaxşı işlərini Allahın razılığını qazanmaq üçün et.Heç kimsədən bunun mqalibində təşəkkür gözləmə.Kiməsə yaxşlıq etdiyində əgər sənin yaxşılığna qarşı ondan nankolurq və sənin yaxşlığının qədrini bilmədiyini görsən buna görə üzülmə.Sən bunun qarşlığında mükafatını Uca Allahdan istə.
Uca Allah insanlara yaxşılıq edən dostları haqqında belə buyurmuşdur:
" Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən"(əl-Fəth ,29)
"(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik."( əl-İnsan ,9)
Uca Allah peyğəmbərləri barədə buyurmuşdur:
" Əgər siz (mənim öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!” ( Yunus ,72)
" De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” (Səba,47)
"O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). "( əl-Leyl ,19)
Tarix: 13.04.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar