Sual: Dəllal işləmək barədə hökm nədir? Dəllal və yaxud vasitəçinin götürdüyü pul halaldırmı?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Dəllallıq satıcı və müştəri arasında vasitəçilik etməkdir.
Dəllal satışın gerçəkləşməsi məqsədilə satıcı və müştəri arasında vasitəçilik edən şəxsdir və dəllal adlanır. Çünki o mal barədə alıcını, qiymətlər barədə isə satıcını məlumatlandırır, yol göstərir.
Sitatın sonu, Məvsuəh əl-Fiqhiyyə, 10/151
İnsanların dəllallara böyük ethiyacı var. Çünki onların əksəriyyəti alqı-satqı edərkən necə sövdələşmə etməyi bilmirlər; digərlərinin isə əşyalarda hər hansı qüsurun olub-olmadığını aşkar etmək üçün aldıqları əşyaları ətraflı, dərindən yoxlamağa imkanları olmur; bir digərlərinin isə alqı-satqı işlərində bilavasitə məşğul olmaq üçün vaxtları yoxdur.
Bu nöqteyi-nəzərdən dəllallıq faydalı bir işdir. Bununla həm satıcı, həm alıcı, həm də dəllal faydalanır.
Şəkk yoxdur ki, dəllallıq edən kəs satıcı və alıcı arasında vasitəçilik etdiyi məsələdə məlumatlı olmalıdır. Bu mühümdür. Məqsəd budur ki, bu sahədə məlumatlı və xəbəri olmadığı halda, özünü məlumatlı və xəbəri olmuş göstərərək heç kəsə ziyan verilməsin.
Sözsüz ki, dəllal həmçinin etibarlı və sadiq olmalı, birinin hesabına digərini üstün tutmamalı, ziyan verməməlidir. Əksinə mallarda olan hər hansı qüsurları, eləcə də hər hansı yaxşı xüsusiyyətləri düzgün və doğru şəkildə göstərməli, nə satıcı, nə də alıcını aldatmamalıdır.
Bir çox imamlardan dəllal işləmək və bu işə görə ücrət götürməyin icazəli olduğu sabit olmuşdur.
İmam Malikdən, Allah ona rəhmət etsin, dəllalın aldığı ücrət barədə soruşduqda o demişdir: “Bunda heç bir şey yoxdur. Əl-Mudəvvənəh, 3/466
İmam Buxari “Səhih” əsəridə demişdir: “
“Dəllalın ücrəti barədə fəsil: İbn Sirin, Ata, İbrahim və Həsən dəllalın ücrət alması barədə hər hansı bir xətanın olmadığı rəyini irəli sürmüşdürlər.
İbn Abbas demişdir: “Bu paltarı sat, filan və filan qiymətdən yuxarı satdığın hissə sənin olsun” ifadəsində heç bir şey yoxdur”.
İbn Sirin demişdir: “Əgər bir kəs: “Bunu filan və filan qiymətə sat, bundan gələn gəir sənindir və yaxud səninlə mənim aramda bölünəcəkdir” söylərsə bunda bir xəta yoxdur.
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Müsəlmanlar öz şərtləri üzərindədirlər (aralarında bağladıqları şərtlərə görə hərəkət edirlər)”.
Buxarinin sözü burada başa çatmışdır.
İbn Qudamə “əl-Muğni” 8/42 əsərində demişdir:
“Bir kəs paltar almaq üçün dəllal icarəyə götürə bilər. İbn Sirin, Ata və ən-Nəhai bunun caiz olduğunu söyləmişdirlər”.
Dəllalı müəyyən, məsələn on gün müddətinə alış-veriş etmək üçün icarəyə götürmək olar. Çünki vaxt bəllidir, eləcə də iş də məlumdur. Əgər iş müəyyən olunubsa, lakin vaxt müəyyən olunmayıbsa, bununla belə dəllala hər min dirhəmə bəlli bir məbləğ verilirsə, bu da səhih hesab edilir.
Əgər bir kəs dəllalı müəyyən geyimləri satmaq üçün icarəyə götürürsə, bu cür sövdələşmə səhihdir. Eynisini Şafi də söyləmişdir. Çünki bu iş mübahdır və bu işi görmək üçün başqa birinə bunu həvalə etmək və geyim satmaq kimi işlərdə onu icarəyə götürmək olar.
Sitatın sonu.
Tarix: 03.04.2013 / 22:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar