Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın sonu!

Qeyd edək ki, 1859-cu ilin 1 sentyabrında günəşdən gələn anormal maqnetik enerji səbəbiylə teleqraf sistemləri tamamilə çökmüşdü. Ancaq bu dəfə təsir daha dəhşətli olacaq.
Mütəxəssislərə görə, bənzər bir enerjinin dünyanı vurması vəziyyətində TV, radio yayımları tamamilə kəsiləcək, elektrik sistemi tamamilə sıradan çıxacaq, mobil telefon şəbəkələri çökəcək, sular kəsiləcək, GPS sistemi işləməyəcək...
Bütün bunların təmir edilməsi üçün 20 ilə qədər vaxt lazım olacaq. Bu müddət ərzində isə fəlakətdən 100 min avropalı və amerikalı həyatını itirəcək.
Mütəxəssislərin bildirdiyinə görə, günəşdən gələn anormal enerji 1859-cu ildə gecə saat 02:00-də dünyanın gündüz kimi işıqlanmasına səbəb olmuşdu. Hətta o dövrdə yaşayan kəslər bu vəziyyəti, "O qədər işıqlıq idi ki, gecə küçəyə çıxıb qəzet oxumaq belə mümkün idi" deyə izah edir. İndi eyni hadisənin yaşanması üzündən elektrik şəbəkələrinə milyonlarla vattlıq yüklənmə olacaq. Bu da bir çox ölkədə şəbəkənin tamamilə əriməsi deməkir. Yəni bəzi ölkələrdə elektrik xəttlərini tamamilə yeniləmək lazım olacaq. Elektrik olmayınca kanalizasiya və su sistemləri də çökəcək. Bir neçə gün içində kranlardan su axmamağa başlayacaq. İstehsal dayanacaq. Supermarket rəfləri tamamilə boşalacaq. Tam bir xaos yaşanmağa başlanacaq. Telefon, GPS sistemləri işləməyəcək. Mütəxəssislərə görə, bu fenomenin 2012-ci ilin sentyabr ayında baş verməyəcəksə, eyni riski 2023-də gözləmək lazım gələcək.


Tarix: 21.11.2012 / 13:59 Müəllif: [Ram] Baxılıb: 580 Bölmə: Maraqlı melumatlar
loading...