Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək məsələsində insanlar bir neçə qismə ayrılmışlar. Onu sevənlərin içində ən xeyirli qrup Allahın bəsirətlərini açdığı və qəlblərini təmizlədiyi qrupdur. Bunların sevgiləri mütədildir. Sevgilərini Sünnəyə uyğun bir şəkildə ifadə edərlər. İfrat və təfritdən uzaq orta bir yolu izləyərlər. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevərlər necə ki, onu səhabələr, tabiinlər və onların yolunu qarış-qarış izləyənlərin və onlara oxşamaq istəyənlərin sevdikləri kimi.
Səhabələrin Sevgisi: Əbu Bəkr – radıyallahu anhu – deyir ki: “Gizli dəvətdən üç il keçmişdi. Əbu Bəkr – radıyallahu anhu – artıq dəvətin açıqdan edilməsi üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə çox israr etdi. Nəhayət Peyğəmbər – sallallahu aleyhi və səlləm – də açıq dəvəti qəbul etdi. Müsəlmanlardan hər biri məscidin dörd bir yanına dağıldılar. Əbu Bəkr – radıyallahu anhu – Məscidul Hərama Allaha dəvət edən ilk xatib olmaq üçün ayağa qalxdı. Müşriklər onun nə demək istədiyini başa düşdülər və həmən onun və müsəlmanların üzərinə hücum etdilər. Məsciddə münaqişə başladı. Əbu Bəkr – radıyallahu anhu – şiddətli zərbələr aldı. Utbə b. Rabia onu ayaqqabılarıyla vurmağa başladı. Hətta ağzı və üzü tanınmaz oldu. Əbu Bəkr – radıyallahu anhu – bayılmış halda evinə gətrildi. Həyatından ümüd kəsildi. Öləcəyini zənn etdilər. Lakin günün sonunda özünə gəldi. Başına gələn və harda isə həyatını itirəcəyi şiddətli bir müsibətin içində özünə gələn kimi söylədiyi ilk söz: Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə oldu? Ya Rəbbim! Həyatla ölüm arasında olan bir kimsə özünə gələn kimi: Mənə nə oldu? demir. Ən böyük həycanı, fikri Peyğəmbər – sallallahu aleyhi və səlləm – dir. Bununla da sakitləşməyərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına getməyincə heç bir şey yemərəm və heç bir şey içmərəm dedi. Qaranlıq düşdükdə anası və zövcəsi ilə birlikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu gördükdə qucaqladı, öpdü və ona çox böyük şəfqət bəslədi
(İbn Kəsir “əl-Bidayə vən Nihayə” 3/30. )
Əli – radıyallahu anhu – dan Peyğəmbər – sallallahu aleyhi və səlləm – i necə sevdiklərini soruşduqda: “Onu mallarımızdan, övladlarımızdan, ata və analarımızdan və susuzluq anında suya olan ehtiyacımızdan daha çox sevirdik” dedi
(Qadi İyaz “Şərhu Şifa” 2/40. )
Müsəlman olduqlarını söylədikdən sonra Adal və Kare qəbilələrinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dinlərini öyrətmək üçün Zeyd b. Desinə – radıyallahu anhu – və sahəbələrdən bir neçəsini göndərdi. Lakin Adal və Kare qəbilələri Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə xəyanət etdilər. Zeyd b. Desinə – radıyallahu anhu – nu Qureyşə satdılar. Öldürülmək üçün gətirildikdə Əbu Sufyan ona: “Allah xatirinə de görüm ey Zeyd! İndi sənin yerinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – olsaydı və onu öldürsəydik və sən də ailənin yanında olsaydın daha məmnun omazdınmı?” dedi. Zeyd: “Vallahi! Əsla xeyr, mən evimdə otururkən Muhəmməd – sallallahu aleyhi və səlləm – in ayağına bir tikanın batmasına belə razı olmaram” dedi. Əbu Sufyan: “İndiyə qədər Muhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələrinin Muhəmməd – sallallahu aleyhi və səlləm – i sevdikləri qədər heç kimsənin başqa birisini sevdiyini görmədim”
(İbn Hişam “Sıra” 2/72. )
Musab b. Umeyr – radıyallahu anhu – əlində bayrağ olduğu halda öldürülüncəyə qədər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önündə vuruşdu”(İbn Hişam “Sıra” 2/73. )
Ummu Umarə – radıyallahu anhə – adlı bir qadın da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına qədər gəldi və yaralanıncaya qədər onun yanında və önündə vuruşdu”(İbn Hişam “Sıra” 2/81. )
Uhud günü Muhəmməd – sallallahu aleyhi və səlləm – in öldüyü xəbəri Mədinədə hər tərəfə yayıldıqda Ənsardan bir qadın çölə çıxdı. Dörd cənazə ilə qarşılaşdı. Bunlar kimdir? deyə soruşdu. Sənin atan, qardaşın, sənin ərin və oğlundur, dedilər. Düşün, kimləri itirdiyini? Qadın: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə nə oldu?” dedi. Ona: “Yaxşıdır ey Ummu Filan! Allaha həmd olsun ki, sağdır” dedilər. Qadın: “Onu mənə göstərin ona baxmaq istəyirəm” dedi. Qadın qaçaraq getdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən başqa heç bir fikri yox idi. Nəhayət onu gördü və dedi: “Artıq bundan sonra mənim üçün heç bir müsibətin önəmi yoxdur. Anam, atam sənə fəda olsun Ya Rəsulullah! Sən ölümdən qurtuldunsa artıq mən heç bir şeyin fikirini çəkmərəm”( İbn Hişam “Sıra” 2/95, “əl-Bidayə vən Nihayə” 4/47. )
İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bəşərə aid olan bütün sevgi və hörmət Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevmək və saymaq kimi ancaq Allahı sevmək və hörmətə bağlı olarsa caizdir. Çünkü bu sevgi və hörmət onu göndərən Zatı sevməyi və Ona hörmət göstərməyi tamamlayan bir sevgi və hörmətdir. Çünki onun ümməti onu Allah sevdiyi üçün sevərlər, Allah onu ucaltdığı üçün ucaldır və hörmət göstərərlər. O, halda bu sevgi Allah üçün olan bir sevgidir. Eyni şəkildə elm və iman əhlini sevmək də səhabələri sevmək və onlara hörmət göstərmək də Allah və Rəsulunu sevməyin bir nəticəsidir”(Cəlaul Əfham Fis Saləti vəs Səlam Alə Xayrul Ənam” s. 297. )
İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Allahı qullarına ən böyük neməti və ən qiymətli hədiyyəsi onlara Peyğəmbərlərini göndərməsi, kitablararını endirməsi və doğru yolu onlara açıqlamasıdır. Əgər bu nemət olmasaydı onlar vəhşi heyvanlar, hətta daha aşağı mətrəbədə olardılar. Yer üzündə yaşayanların Peyğəmbərlərə olan ehtiyacları onların günəşə, aya, küləyə və yağışa olan ehtiyacları kimi deyildir. İnsanın yaşamağa olan ehtiyacı kimi deyildir. Gözün işığa, bədənin yeməyə və içməyə olan ehtiyacı kimi deyildir. Bilavasitə bunlardan daha böyük və hər cür təqdirdən və ağla gələn hər şeydən daha şiddətli bir ehtiyacdır. Çünki Peyğəmbərlər Allahın əmrləri və qadağaları mövzusunda insanlarla Allah arasında vasitədirlər, Allah ilə qulları arasında elçidirlər. Onların sonuncusu, ən böyüyü və Rəbbi qatında ən dəyərlisi Muhəmməd b. Abdullahdır. O: “Ey insanlar! Mən ancaq hidayət edilmiş bir rəhmətəm”. Allah: “Biz səni aləmlərə rəhmət olaraq göndərdik”. Uca Allah onu Qiyamətin önündə bir müjdəçi, bir nəsihətçi, Allahın izni ilə Allaha dəvət edən, bir qəndil və nur olaraq hidayətə və haqq din ilə göndərdi. Allah Peyğəmbərliyi onunla sona çatdırdı, onunla sapıqlıqdan hidayətə sövq etdi, cəhalətdən onunla qurtardı, bağlı gözləri, kar qulaqları, bağlı qəlbləri onun Peyğəmbərliyi ilə açdı. Yer üzü qaranlıq ikən onunla işıqlandırdı. Qəlblər parça-parça ikən onunla birləşdi”(Məcmuu Fətava” 19/100-101. )
Bir Müşrikin Etirafi: Hudeybiyyə sülhündə müşriklər tərəfindən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə müqavilə bağlamağa gələn Urvə, səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – i necə sevdiklərini belə açıqlayır: “Sonra Urvə tərəfdarlarının yanına qayıdaraq: Ey qövmüm! Mən bir nümayəndə kimi çox padşahların – Qeysərin, Xosrovun, Nəcaşinin və s. hüzurunda olmuşam. Padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovcuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtür, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edirdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar. Həqiqətən o, sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!”(Buxari, Muslim. )
Tabiin Və Sonra Gələnlərin Sevgisi: Sabit əl-Bunani Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi olan Ənəs b. Məlik – radıyallahu anhu – nu görəndə ona doğru yönələr və əllərini öpər və deyərdi: “Bu əllər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə toxunan əllərdir”. Dəməşq Məscidinin İmamı Yəhyə b. Həris, Vəslə b. Əskaya deyərdi: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu əllərləmi beyət etdin?”. O: “Bəli,” dedikdə ona: “Ver əlini öpüm” dedi. Vasilə əlini verir, Yəhyə də öpərdi”(Məcmauz Zəvaid 12798. )
Həsənul Bəsri – rahmətullahi aleyhi - kötük hadisəsini insanlara danışır və deyirdi: “Ey müsəlmanlar! Bir odun parçası Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə qovuşmaq arzusu ilə inildəyir. Siz onu gözləməyə daha layiqsiniz”(Siyeru Aləmin Nubela 4/570. )
Muhəmməd b. əl-Muqtədir deyir ki, nə vaxt İmam Məlik – rahmətullahi aleyhi - dən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir hədisini soruşsaydıq ağlayar, hətta ona acıyardıq”(Siyeru Aləmin Nubela 5/354,355. )
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Mənim əməl etmədiyim heç bir hədis rəvayət etmədim. Hətta Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Hicama etdiyini və bu iş üçün Əbu Teybəyə bir dinar pul da verdiyini öyrəndim. Mən də Hicama etdim və bu işi edənə bir dinar verdim”(Xatib “Cami” 2/34-45)
İmam ət-Tucibi – rahmətullahi aleyhi - deyir ki: “Kim Peyğəmbər – sallallahu aleyhi və səlləm – i xatırlayarsa və ya onun yanında xatırlanarsa xuşu içində olması, boyun əyməsi, əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – yanında olsaydı onun heybətindən və böyüklüyündən necə olacaqdırsa o cür də olması lazımdır”. Muhəddis İmam AbdurRahman b. Mehdi – rahmətullahi aleyhi - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisini oxuduğu zaman yanında olanlara susmalarını əmr edər və: “Səsinizi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səsindən çox qaldırmayın” deyərdi. Bu ayəni onun sözü eşidildikdə necə susmaq lazımdırsa onun hədisi oxunduğu zaman da susmaq lazımdır deyə təvil edirdi”.
Ey Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevdiyini iddia edən kimsə... Ey onu sevdiyini zənn edən kimsə... “Allaha itaət edin, Peyğəmbərə itaət edin” ayəsini heç düşündünmü? “Ona itaət etsəniz hidyət olarsınız” ayəsini heç düşündünmü? “Kim mənə itaət edərsə Allaha itaət etmiş olar” hədisini heç düşündünmü? Sevgi insanın səmimiyyətinin və himməsinin açıq dəlilidir. Kim Allah və Rəsulunu sevərsə himməsi və səmimiyyəti də yüksək olar. Sevən və sevilənlərdən olar. Kim bir şeyi sevərsə onu tez-tez xatırlayar. Kim malı sevərsə onun Sələfi Qarundur, kim məqam və dərəcələri sevərsə onun Sələfi Vəlid b. Muğirədir, kim övladlarını sevərsə onun Sələfi Qaysdır, kim də qəlbini böyük və kiçik bir şeyə bağlayarsa Allah da onu o, sevdiyi şeyə həvalə edər (bağlayar). Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi: “Kişi sevdiyi ilə bərabərdir”(Buxari 10/557, H. 6169, Muslim 2640, 2034. )
Allah – subhənəhu və təalə - bizləri Allah və Rəsulunu sevənlərdən və Onların sevgisini qazananlardan etsin. Amin!
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!
Tarix: 13.04.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Maraqlı melumatlar