Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi böyük günahların cəzası barəsində

Əhməd “Müsnəd”ində Peyğəmbər (sav) rəvayət edib: “Kimsə on dirhəmə köynək alarsa və dirhəmlərdən biri belə haram yolla qazanılıbsa, Allah ondan o köynəkdə edilən namazı qəbul etməz”. Sonra o barmaqlarını qulaqlarına qoydu və dedi: ”Peyğəmbərin bunu dediyini eşitməsəydim onu deməzdim”.

Həmçinin orada Abdullah bin Əmrin hədisi rəvayət edilir ki, Peyğəmbər (sav) buyurub: “Kim namazı sərxoşedici içkiyə görə buraxarsa o, elə bil ki, dünyada olan hər bir şeyə malik idi və ondan məhrum oldu. Sərxoşedici içkiyə görə namazı dörd dəfə tərk edəni isə Allahın “tina haballa” doydurmaq haqqı var”. Ondan soruşdular: “Ey Allahın Rəsulu “Tina habal” nədir?” O dedi: “Bu Cəhənnəm əhlinin ifrazıdır”.

Həmin topluda elə onun adından rəvayət edilmiş növbəti hədis rəvayət edilir: “Sərxoşedici içkini içənin namazı qırx gün qəbul edilməz, lakin tövbə etsə Allah onu bağışlayar. Bunu yenidən etsə Allah yenə də namazını qırx gün qəbul etməz, lakin tövbə etsə Allah onu bağışlıyar. Bundan sonra bunu yenidən etsə Allah onu qiyamət günü murdar “haballa” doyurmaq hüququna malikdir”. O dedi: “Dəqiq yadımda deyil o, bunu üçünçü və ya dördünçü dəfə dedi”.


“Müsnəd”də Əbu Musanın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) buyurub: “Sərxoşediçi içkilərə həris olaraq öləni Allah “Qaut” çayından içizdirər”. Ondan soruşdular: “Qaut nədir?” O dedi: “Bu fahişə qadınların övrətlərindən axan sudur və onların qoxusu Od əhlinə əziyyət verəcək”.

Orada həmçinin elə onun adından rəvayət edilən digər hədis gətirilir ki, Allahın Rəsulu (sav) buyurub: “Qiyamət günü insanlar üç dəfə (Allah qarşısında) çıxacaqlar. Birinci iki dəfə onlar mübahisə və bəraət etməyə çalışacaqlar, üçüncü dəfə isə onların əllərinə löfhələr veriləcək. Bəziləri onları sağ əllərinə digərləri isə sol əllərinə götürəcəklər”.

Habelə “Müsnəd”də ibn Məsuddan gətirilən digər hədis rəvayət edilir: “Məhəl vermədiyiniz günahlardan çəkinin, çünki onlar insanı məhv edənədək bir yerdə yığışırlar” Allahın Rəsulu (sav) sizə səhrada düşərgəyə dayanan insanlar barədə misal gətirir. Yeməyi gətirdikdə biri gedib çubuq gətirdi, o biri gedib çubuq gətirdi. Beləliklə onlar od qaladılar və ora atdıqlarını qızartdılar”.


Tarix: 12.04.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...