Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dövrümüzdə Xəvaric İdeologiyasının Mövcudluğu məsələsi

Sual- İndiki dövrdə xəvaric ideologiyasına sahib insanlar var mı?

Cavab-Sübhənallah! Bəs bu gün baş verənlər, məgər onlar (bu əməllər) Xəvariclərin əməllərindən deyil mi? Yəni, müsəlmanları kafir elan etmək və bundan daha şiddətlisi də müsəlmanları qətl etmək və terrorist fəaliyyətləri həyata keçirməklə onlara (müsəlmanlara) qarşı həddi aşmaqdır. Bilin ki, bu Xəvariclərin mənhəcidir (metodologiyası) və üç aspektdən ibarətdir:

Birincisi-Müsəlmanları təkfir etmək (kafir elan etmək).

İkincisi-İmama itaətsizlik etmək.

Üçüncüsü-Müsəlmanların qanlarını halal görmək.

Bu xəvariclərin mənhəcidir. Hətta bir insan qəlbində bu etiqadda olsa və (bundan) söz açmasa və yaxud bundan heç bir şeyi əməldə göstərməsə, açıqca buna ifadə etməsə belə, o hələ də öz əqidə və fikrində xəvaric hesab edilir.

Əl-icəbə əl-muhlimmə fi məşəkil il-mudləhimə
Tərtib edən: Muhəmməd bin Fəhd əl-Hüseyin


Tarix: 06.04.2013 / 15:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...