Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam ərəb yarımadasında bizi nəyə çağırırdı

Məkkə, Ərəbistanda bu qədər önəmli bir yer tutduğuna görə orada meydana gələn hadislərlə bağlı xəbərlərin, ərəb bölgələrinin hər tərəflərinə yayılması zərurət idi. Orada meydana gələn hadisələr bütləri yıxmağa, uca Allaha ibadət etməyə dəvət edən bir risalətlə bağlı olunca əlbəttə bu risaləylə bağlı xəbərləri, karvanların hər tərəfə çatdırmaları qaçınılmaz olacaqdır.

Peyğəmbərin (ona və ailəsinə salam olsun) haqq dəvətinin xəbərləri ərəb bölgəsinin hər tərəfinə yayılırdı. Bəzi ərəblər bu şərəfli peyğəmbəri yaxından tanımaq üçün birbaşa Məkkəyə gəlir, bir qismi isə adamlar göndərib onlar vasitəsilə vəziyyəti öyrənirdilər. Necə ki, Əksəm bin Səyfi belə etmişdir. O ərəblər arasında hikmətli bir kimsə idi. Dəvət etdiyi şeylərin mahiyyətini öyrənmək üçün oğlanlarını peyğəmbərin (ona və ailəsinə salam olsun) yanına göndərmişdir. Peyğəmbərin yanına çatanda ondan dəvətinin mahiyyətindən soruşmuş, o da özlərinə bu ayəni oxumuşdu: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (ən-Nəhl (Bal arısı), 90).
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) bu ayəni öz oğlanlarına oxuduğu xəbərini alan Əksəm bin Səyfi oğlanlarına belə demişdi: “Bu əgər bir din deyilsə də insanların əxlaqıdır ki, o da gözəl bir şeydir. Ey oğlanlarım bu işdə ilk sıraya keçin, axıra qalmayın”.
Əbu Zərr əl-Ğifari də bu cür müsəlman olmuşdu. Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) şöhrət tapdığı bu xəbərlərə dayanaraq gəlib müsəlman olmuşdu.

Prof. Dr. Muhammed Ebu Zehra, Son peygamber hz. Muhammed, Trc: Mehmet Keskin, Birleşik yayıncılık, İstanbul-1993, 4 cilddə, 2-ci cild, səh 265-66.(1)


Tarix: 10.04.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Maraqlı melumatlar
loading...