Fədək(ər:فدك) — hicaz məntəqəsində mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənddir. [1] [2][3] fədəkin yaxınlığında şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. [4] [5]Mündəricat
1 Tarixi
2 Strategiya önəmliyi
3 Fədəkin Fatiməyə bağışlanması
3.1 Əhli Şiə mənbələri
3.2 Əhli Sünnə mənbələri
3.3 Fədəkiyyə xütbəsi
4 Fədəkin Fatimədən alınması
4.1 Peyğəmbərdən irs aparılmama hədisi
5 Fədəkin qəsbi və əbubəkr xilafətilə bağlantısı
6 Həmçinin bax
7 Xarici keçidlər
8 İstinadlar
Tarixi
Fədək xeybərin yaxınlığındaidi və hicaz yəhudilərinə strategiya baxımından çoxlu önəm daşıyırdı.[6] islam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparilması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəkin başçılarına göndərdi. fədək başçıları sülhü savaşa üstün görüb və təəhüd etdilər ki fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib islam bayrağı altında yaşasınlar.[7]
Strategiya önəmliyi
Fədəkin çoxlu Xurma ağacı coşan bulaqları habelə verimli yerləri onu hicazlılar üçün çox dəyərli qılmışidi.[8][9] o zamanın ağacları kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi.[10] ömər yəhudiləri ərəbistandan eşiyə ötürəndə 50-min dirhəm fədəkin qalan yarısı üçün onlara verdi.[11]
Fədəkin Fatiməyə bağışlanması
Əhli Şiə mənbələri
Bir çox Əhli Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.[12][13][14][15]
Əhli Sünnə mənbələri
Bir çox Əhli Sünnə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.[16][17][18][19][20][21][22][23][24][25][26][27]
Fədəkiyyə xütbəsi
Fədəkiyyə xütbəsində həzrəti fatimə əbubəkrdən fədəkin qaytarılmasını istəyir, bunun sənədləri əhli sünnət kitablarında var. [28] [29] [30] [31] [32]
Fədəkin Fatimədən alınması
Səqifə[33] macərasından sonra Əbu Bəkr dedi ki Fədək fatimənin olamaz və onun adamlarıni fədəkdən eşiyə ötürdü və buna görə fatimə əbu bəkrin yanına gedib və aralarında bir söhbət keçib:
Əbu bəkr sən öləndə irsin kimə yetişər?
Arvad və uşaqlarıma.
İndi nə olub ki sən peyğəmbərdən irs aparırsan amma biz yox!?
Ey peyğəmbər qızı atan heç pul və mal irs qoymayıbdır.
Amma bizim Xeybərdən payımız və fədəkdən sədəqəmiz necə olacaq?
Atandan eşiddim ki dedi: mən ta diriyəm bu yerdə bir şeyə sahibəm və öləndən sonra hər şeyim müsəlmanlarındır.
Amma peyğəmbər fədəki mənə bağışlayıb!
Şahidin varmı?
Hə, var ərim əli və ümmi imən şahiddirlər.
Ey peyğəmbər qızı bilirsən ki ümmi imən arvatdır və onun şahidliyi mükəmməl deyil gərək bir ayrı arvat yada başqa kişi şahid gətirəsən.[34][35]
Beləliklə fədək fatimədən alındı amma fatimə əbu bəkrin dediyi hədisi qəbul etməyib və öz haqqının alınmasında qərarlı idi.
Peyğəmbərdən irs aparılmama hədisi
Əhli sünnət alimlərinin dediyinə görə bu hədisi[36] fəqət əbu bəkr nəql edib və kimsə onu təsdiqləməyib.[37][38][39]
Buna görədə bəzilərinin qarşı durmasına nədən oldu:
Əhli-Beyt
Əbu Bəkrin bu[40] hədisi peyğəmbərdən eşitdiyi israrına baxaraq əhli beyt bu hədisi qəbul etməyib və ona qarşı durdular.[41] [42][43] iş o yerə yetirdi ki ömər dedi ki həzrəti əli və abbas peyğəmbərin əmisi əbubəkri yalançı bilirdilər.[44]
Peyğəmbərin zövcələri
Əhli Beyt və abbasdan əlavə peyğəmbərin arvadlarıda əbubəkri bu uydurma hədisi nəql etdiyi üçün qınqdılar.[45][46]
Əhli sünnət alimləri
Əhli sünnət alimlərindən Fəxrəddin Razi(فخر رازی),Caru allahi ziməxşəri(جارالله زمخشری),Təbəri(طبری ) və Bəyzavi(بیضاوی ) Quranda ki həzərati Zəkariya,Yəhya, Davud peyğəmbər və Süleyman peyğəmbərlərin birbirlərindən irs aparması ayələrinin təfsirində əbubəkrin bu hədisi nəql etməsini doğru bilməyib və onu yalanlayıblar. [47][48][49][50][51][52]
Əhli sünnətin bəzi alimləri əbubəkrin bu işini onun xəlifə olduğu və onun xilafət və ictihad icazəsi baxımından bu işi görmuş amma şiələr bu işin fəqət əbubəkr zamanında olduğunu və o hökumətinin əsasını beytülmal və belənki qəsbi malların bağışı ilə möhkəmləşdirməyi düşünürlər və peyğəmbərin dediyi kimi fatiməni incidən məni incidib və məni incidən allahı icidib sözünün ayaq altına alınması və əbubəkrin böyük günah işlədiyini düşünürlər.[53]
Fədəkin qəsbi və əbubəkr xilafətilə bağlantısı
İmami mötəzili nəql edir ki bir gün bağdadın qərbi mədrəsəsinin böyük alimlərindən biri Əli ibni fariqi dən soruşdum:
Fatimeyi Zəhra düz deyirdi ki Fədək mənimdir?
Hə, düz deyirdi.
O zaman Əbubəkr niyə fədəki fatiməyə vermədi və bilirdi ki o düz deyir?
Alim gülümsüyərək dedi ki Əgər o gün əbubəkr fədəki fatiməyə qaytarsaydı yarın fatimə gəlib deyərdi sən mənim ərimin yerini qəsb edibsən və əbubəkr gərək xilafəti əliyə verərdi.
İmam mötəzili alimin sözünü nəql etdikdən sonra deyir: BU SÖZ DOĞRU SÖZDÜR.
Tarix: 26.02.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 521 Bölmə: Maraqlı melumatlar