Sual: Masturbasiya edənlər barəsində çox eşitmişik. Bilmək istəyirik ki vəziyyət necə olursa-olsun masturbasiya edən və kölə qadın ilə cinsi əlaqədə olan lənətlənlənməsinə dair elə bir hədis varmı? Sizdən xahiş edirəm ki, bu məsələni bizə lazımınca başa salın və Allah təala sizlərə xeyir bəxş etsin.
Cavab: Masturbasiya edən insanın lənət olunması barəsində hər hansı bir hədisi xatırlamıram. Bununla belə oxumuşam ki, bir gənc İbn Abbasın radiyallahu anhu yığıncağında(elm dövrəsi) oturmuşdu və hamı çıxıb gedənə qədər orada gözlədi və sonra İbn Abbasdan bu məsələ barəsində soruşdu. İbn Abbas dedi: “Ah! Ah! Kölə qadınla cinsi əlaqədə olmaq ondan yaxşıdır və bu əməl zina etməkdən yaxşıdır”. (əl-Beyhəqi nəql etmişdir, İbn Hazm əl-Muhəllə əsəri)
Həmçinin Hənbəlilərin bəzi kitablarında zinaya düşmə qorxusu olanın masturbasiya etməsinə icazə verildiyini oxumuşam. Bununla belə masturbasiya etməyin şiddəti (məsuliyyəti) (artıq) ölü cəmdəkdən (yəni yeməyə başqa bir şey yoxdursa və bundan yeməsəniz öləcəyinizdən qorxursunuzsa) yeməyə bərabər hesab olunur. Ona görə də, son zərurət halını (yəni artıq mümkün deyil) aradan qaldırmaq üçün həmin kəsə yalnız bu halda masturbasiya etməyə icazə verilir. Allah daha yaxşı bilir.
Tarix: 04.04.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar