Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

21 yaşında cəmi 25 kg çəkisi olan qız

Amerikalı qız dünyada sadəcə 3 nəfərdə olan xəstəlikdən əziyyət çəkir.

Amerikanın Texas ştatında nadir xəstəlikdən əziyyət çəkən qız yaşayır. 21 yaşlı universitet tələbəsi Lizzi Velasques hər 15 dəqiqədən bir yemək yeyir, amma çəkisini artıra bilmir. Belə ki, 21 yaşlı gəncin çəkisi cəmi 25 kq-dır.

O hər gün ən azı 60 dəfə yemək yeyir. Gündə 5-8 min kalori qəbul edən qızın çəkisi bu günə kimi 27 kq-dan o yana keçməyib.

Qeyd edək ki, Lizzi 8 aylıq doğulub. Onun anadan olarkən 920 qram çəkisi olub. Qız uşağının həyatda qalmasını həkimlər əsl möcüzə adlandırıblar.

Mütəxəssislərin sözlərinə görə, Lizzinin xəstəliyindən dünyada sadəcə 3 nəfər əziyyət çəkir.


Tarix: 13.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar
loading...