Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan niyə gözlərini qırpır?

Yapon mütəxəssislər insanın niyə gözlərini qırpdığını müəyyənləşdiriblər. İnsan bir dəqiqə ərzində 15-20 dəfə gözlərini qırpdığı məlumdur.

Rusiya mətbuatının verdiyi məlumata görə, mütəxəssislər hesab edirlər ki, gözlərin qurumaması üçün dəqiqədə 4 dəfə gözləri qırpmaq kifayətdir. Bəs insan niyə tez-tez gözlərini qırpır?

Osak Universitetindən Tamami Nakano bir qrup tələbə ilə təcrübə aparıb. Tələbələr 30 dəqiqə ərzində "Mister Bin" filminə baxan şəxslər üzərində təcrübə aparıblar.
Nakano hesab edir ki, hər dəfə göz qırpıldıqda göz bəbəyinin ölçüsündə dəyişiklik baş verir, qırpılanda bəbək sıfıra bərabərləşir.

Məlum olub ki, insan beyni gələcək işlərlə yüklənir və bu gözlərin tez-tez qırpılmasına səbəb olur. Araşdırıblar ki, passiv və aktiv beyin sistemləri var ki, bunlar arasında daim mübadilə gedir. Göz qırpma zamanı beyin passiv rejimə keçir. Bundan başqa, bu hətta insan konsentrasiya tələb edən prosesdə iştirak etdikdə belə baş verir.
Belə ki, nisbətən passiv sistem aktiv hərəkətlərin icrasında mühüm rol oynayır.


Tarix: 09.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...