ABŞ-da enerji içəcəyinin istehsalçılarına qarşı istintaq başlayıb.
Ərzaq Məhsullarının və Tibb avadanlıqlarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) Monster Energy içkisini qəbul edəndən sonra bir neçə nəfərin ölməsi ilə maraqlanıb.
Merilend ştatında 14 yaşlı Anais Furnye 2 banka energetiki içəndən sonra ürək tutmasından vəfat edib.
Hazırda uşağın ailəsi Monster Beverage Corp.-u məhkəməyə verib.
Bundan əlavə bu içkini qəbul edəndən sonra həlak olan daha 5 hadisə qeydə alınıb.
Qeyd edək ki, Monster Energyin tərkibində məşhur içəcək Red Bulldan 3 dəfə artıq - 240 milliqram kofein var.
Vəfat edən Vendi Krosslandın anası bu cür içəcəklərin parıltılı etiketləri və «Monstr», «Tam gərginlik» kimi adlarına görə məhz yeniyetmələri cəlb etdiyini deyib: «Bu içkilər gənc oğlan və qızlar üçün ölümcül tələdir».
Həmçinin onu da bildirək ki, Monster Energy bankasının üstündə uşaq və kofeinə qarşı həssas olanlara tövsiyə edilmədiyi barədə də xəbərdarlıq var.
Tarix: 09.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar