Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikbin insanlar hansı xəbərləri eşitmirlər?Nikbin insanlar hansı xəbərləri eşitmirlər?

"İndependent" bildirir ki, London Universitet Kollecində aparılmış tədqiqat zamanı bəzi insanların xəbərlərdəki mənfi məqamları ümumiyyətlə, qulaqardına vurduqları məlum olub.

İnsanların 70 faizi nikbindir: hətta bu şəxslər arasında çoxları nikbin olmadıqlarını desələr də, onlar gələcəyin daha yaxşı olacağını düşünürlər.

Alimlər 14 könüllünün cəlb olunduğu sınaq zamanı əvvəlcə onların nikbinlik səviyyəsi və beyinlərinin vəziyyətini araşdırıblar.
Daha sonra isə onlardan 80 pis hadisənin, o cümlədən, ölümcül xəstəlik və ya boşanma kimi olayların baş vermə ehtimalını soruşublar.

Eksperiment iştirakçıları hadisələrin bu məcrada inkişafının real şansları barədə danışıblar.
Məlum olub ki, nikbinlərin dəyərləndirilməsi gerçəklikdən çox asılıdır.


Tarix: 09.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar
loading...