14 dəfə dərisi dəyişilən uşaq
5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub.
İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb. Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.
Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan "ıchthyosis" xəstəliyinə düçar olub. Qızın dərisi gündə 14 dəfə öncə qızarır, sonra isə pul-pul olaraq tökülür. Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə ancaq Annabellanın dərisini kremləyə bilirlər.
Qeyd edək ki, "Ichthyosis" dərinin quru, qalın, balıq dərisi görünüş aldığı xəstəlikdir. Xəstəliyin doğuşdan və doğumdan sonra yaranan 20 növü var.
Tarix: 13.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqlı Məlumatlar
loading...