Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikalıların bir qisminin duz pəhrizi saxladığı bildirilir

Məlumata görə New York Şəhər Məclisinin başladığı və milli duz azaldılması təşkilatı tərəfindən icra edilən layihənin yeməklərdəki duz miqdarının azaldılmasına həsr olunması 21 firmadan dəstək alıb.
New York Bələdiyyə Başçısı Michael Bloomberg'in böyük əhəmiyyət verdiyi bu layihədə Subway firması buterbrodlarda istifadə edilən natrium miqdarını 32% nisbətində azaltdığını, Kraft, məhsullarındakı pendirin Natriumun nisbətini 18% endirəcəyini açıqlayıb, Ragu isə makaron souslarındakı Natriumun 20% nisbətində azaldacağını elan edib.
Cəmiyyətdə özəl sektorla birgə olaraq aparılan iş 2015-ci ilə qədər ölkə daxilində istifadə edilən natrium miqdarının 25% nisbətində azaldılmasını nəzərdə tutur.
Layihənin uğurlu alınması halında ölkənin ümumilikdə sağlamlıq xərclərinin 10-24 milyard dollar azalacağı bildirilir.
Məlumata görə aparılan bir sıra tədqiqatlar, amerikalılar tərəfindən təxminən 90% normaldan çox duz istifadəsini ortaya qoyur.
Bir sıra mütəxəssislər, duz istifadəsinin azalması ilə problemə çevrilən "ləzzət itkisinin" 6-12 həftəlik müddət sonunda ortadan qalxacağını güman edirlər.


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqlı Məlumatlar
loading...